Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

İranda səslərin 70 faizi sayıldı : Rəisi, yoxsa Ruhani

Tarix: 20-05-2017 09:18     Baxış: 5512 A- / A+
İranda səslərin 70 faizi sayıldı


İranda bu gün keçirilən seçkinin ilkin nəticəsi açıqlanıb.

Səsvermə vaxtı uzadıldığından və seçki 24:00-da bitdiyindən, ilkin olaraq İranın Ankara səfirliyində İran vətəndaşları üçün təşkil edilən seçki məntəqəsinin nəticələri açıqlanıb.

Bildirilir ki, Ankaradakı seçki məntəqəsin 1728 nəfər hazırkı prezident Həsən Ruhaniyə, 81 nəfər İbrahim Rəisiyə, 6 nəfər Mustafa Haşemi Tabaya və 8 nəfər Mustafa Mirsəlimə səs verib.

Bu nəticə ilə H.Ruhani əsas rəqibi İ.Rəisini kəskin fərqlə qabaqlayır.

***

Şərqi Azərbaycanın Meskin şəhərində səsvermənin nəticələri elan edilib.

Bildirilir ki, səsvermədə iştirak edən 30.460 seçici Həsən Ruhanini, 18.290 seçici isə İbrahim Rəisini dəstəkləyib.

Digər namizədlər çox cüzi səs alıb.

***

Seçkilərdə seçici fəallığı böyük şəhərlərdə 70%-ə çatıb. Belə ki, Tehran, Təbriz, Azərbaycan, o cümlədən İranın mərkəzi ostanlarında fəallıq 70 faiz civarında olduğu bildirilir.

İRNA Xorasan (74%) və Gilanda (77%) seçici fəallığının daha yüksək olduğunu yazıb. Ən yüksək göstərici isə keçmiş prezident, islahatçıların lideri Xatəminin vətəni Yəzddə qeydə alınıb. Burda seçicilərin 91%-i səs verib.

Xatəmi həmyerlilərinə seçici fəallığına görə İnstaqram səhifəsində təşəkkür edib.

İran DİN 56 milyon seçicidən 40 milyonunun səsvermədə iştirak etdiyini bildirib.

Qeyd edək ki, namizədlərdən heç biri 50%-dən artıq səs yığmasa, bir həftə ərzində seçkilərin ikinci turunun keçiriləcəyi açıqlanıb.

***

Bu dəqiqələrdə İrandakı seçkilərlə bağlı sosial şəbəkələrdə qeyri-rəsmi nəticələr müzakirə edilir. İddiaya görə, Rəisi seçkilərdə Həsən Ruhanini ciddi şəkildə üstələyir.

Zəncan şəhərinin nəticələri də elan edilib. Bildirilir ki, 170 seçki məntəqəsinin nəticələri artıq bəllidir. Bu nəticələrə görə İbrahim Rəisi 42.104, Rəsən Ruhani 14.409, Mustafa Mirsəlim 139, Mustafa Haşemi Taba isə 45 səs alıb.

Daxili İşlər Nazirliyi isə xalqı qeyri-rəsmi nəticələrə inanmamağa, rəsmi nəticələri gözləməyə çağırıb.

***

Hazırkı prezident Həsən Ruhani seçkilərdə liderlik edir.

DİN-in seçkilərlə bağlı qərargahının rəhbəri Əli əsgər Əhmədinin verdiyi məlumata görə, indiyə qədər 25,9 milyon seçici səsi hesablanıb, Ruhani 14,6 milyon səs toplayıb.

Ruhaninin əsas rəqibi sayılan İbrahim Rəisi 10,1 milyon səs toplayıb. Mustafa Ağa Mirsəlim 297.2 min, Mustafa Haşemi Taba isə 139.3 min səs toplayıb.

Röyter isə Ruhaninin səsvermədə iştirak edən 40 milyon seçicidən 21,6 milyonunun səsini qazandığını yazıb.Axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar