Xəbər lenti
ABŞ Qarabağ məsələsində Rusiya ilə dialoq apara bilməz - Karpenter
ABŞ Qarabağ məsələsində Rusiya ilə dialoq apara bilməz, lakin rusların tərəfləri müzakirəyə dəvət etdiyini bilirlər.
Manevr.az xarici mətbuata istinadən xəbər verir ki, bunu “Azadlıq” radiosuna eksklüziv müsahibəsində ABŞ-ın ATƏT-dəki səfiri deyib.
“Rusiyanın Ukraynaya qarşı müharibəsi Rusiyanın iştirak etdiyi çoxsaylı formatlara təsir edib, çünki Moskva beynəlxalq sistemin normalarını o dərəcədə pozub ki, onunla əməkdaşlıq yollarını tapmaq çətindir. Lakin eyni zamanda ABŞ Ermənistanla Azərbaycan arasında münasibətlərin, sərhədlərin həllinə, ədalətli və davamlı sülh axtarışına diqqət yetirib. Məhz buna görə də biz Ermənistan və Azərbaycanla ikitərəfli və üçtərəfli görüşlərdə iştirak edirik və Avropa İttifaqının, xüsusən də Avropa Şurasının rəhbəri Şarl Mişelin səylərini dəstəkləyirik. Ancaq heç kimə sirr deyil ki, ruslar tərəfləri müzakirələrə dəvət edirlər və heç kimə sirr deyil ki, rusların ərazidə sülhməramlıları var. Hazırda biz rusların hərəkətləri ətrafında dialoq apara bilmərik, Rusiya müzakirələrində iştirak etmək istəyib-istəməyəcəyinə tərəflər özləri qərar verirlər”, - Karpenter bildirib.
Vasitəçilərdən danışan amerikalı diplomat vurğulayıb ki, ABŞ digərlərindən fərqli olaraq Ermənistan və Azərbaycanın qonşusu deyil, qərəzli maraqları yoxdur və buna görə də daha qərəzsiz və səmimi ola bilər. Karpenterin sözlərinə görə, bundan həm İrəvan, həm də Bakı xəbərdardır.
“Düşünürəm ki, hər iki tərəf Birləşmiş Ştatların xidmətinə regiona sülh gətirmək üçün dürüst və səmimi səy kimi baxır, çünki biz uzunmüddətli perspektivdə fayda görürük: biz qonşu ölkə deyilik, ona görə də “şəxsi” maraqlarımız yoxdur. Düşünürəm ki, bu, ABŞ üçün də üstünlük ola bilər ki, bu da bizə bu fikir ayrılıqlarının həllinə nail olmaq üçün qərəzsiz diplomatik vasitələrdən istifadə etməyə imkan verəcək”, - diplomat vurğulayıb.
Sevinc
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar