Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Putinin açıqlamaları Ermənistanı qarışdıracaq, Xankəndi isə…”

Tarix: 12-09-2023 19:16     Baxış: 3151 A- / A+



“Putin Rusiyanın Qarabağ məsələsi ilə bağlı mövqeyinə möhürünü vurdu”.
Manevr.az xəbər verir ki, bunu politoloq Elxan Şükürlü deyib.
Politoloq Vladimir Putinin Ermənistanla bağlı açıqlamalarının Paşinyan hakimiyyəti üçün nəticələrinə diqqət çəkib:
“Rusiya Prezidenti, Vladivostokda keçirilən Şərq İqtisadi Forumundakı çıxışında vaxtilə Ermənistana əlverişli sülh planı təklif etdiklərini, ancaq Ermənistan rəhbərliyinin bundan imtina etdiyini və müharibəylə hər şeyə nail olmağa çalışdıqlarını, nəticədə də indiki durumla üzləşdiklərini söyləyib.

Elxan Şükürlü
Putin deyib: “Əgər Ermənistan Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu tanıyıbsa, nə danışırıq? Bu, bütün problemlərin əsas komponentidir – Qarabağın statusunu Ermənistan özü müəyyən edib”.
Beləliklə, Paşinyan Ermənistanının 44 günlük Qarabağ savaşındakı məğlubiyyətlərini KTMT-dəki müttəfiqləri Rusiyanın ayağına yazmaq, Ermənistanda anti-Rusiya və anti-Putin meyllərini gücləndirməklə KTMT-dən çıxmaq gedişinə qarşı Putin də öz “Şah!”gedişini etdi. O, erməni əhalisinə təqsiri öz rəhbərliklərində axtarmağı tövsiyə etməklə, faktiki olaraq, Qarabağdakı məğlubiyyətin məsuliyyəti barədə bütün müzakirələri Ermənistanın daxilinə, iç siyasətinə daşıdı. Nəticədə Paşinyanın bundan sonra Rusiyanın moderatorluğu ilə keçiriləcək görüşlərdə sülhdən geri çəkilmək yolunu da bağladı”.
E.Şükürlü Rusiya Prezidentinin açıqlamalarının yaxın zamanlarda Ermənistanın mövcud proseslərdəki mövqeyinə təsirindən söz açıb:
“Böyük ehtimalla, sentyabrın 17-dən etibarən, Ermənistanda hakimiyyət uğrunda mübarizənin yeni bir mərhələsi başlayacaq və Putinin açıqlamaları iç savaşın şiddətlənməsində, qarşılıqlı ittihamların dərinləşməsində ən çox istinad edilən fikirlər olacaq.
Eyni zamanda, Putin bu çıxışıyla sonrakı mərhələdə Rusiyanın Azərbaycan-Ermənistan münaqişəsinin həllində və Xankəndinin rəsmi Bakının iradəsinə tabe etdirilməsində, eləcə də bölgədəki sülhməramlılarının gələcək aqibəti məsələsində Azərbaycan tərəfi ilə razılaşdırılmış mövqe tutacağının da anonsunu vermiş oldu”.Globalinfo.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar