Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Antiterror əməliyyatı başlayır: 2-3 gün içində Ağdərə... - Şok faktlar

Tarix: 12-09-2023 18:49     Baxış: 3158 A- / A+

Azərbaycan ərazilərində ermənilərin qanunsuz hərbi birləşmələri yerləşir. Onlar Qarabağ bölgəsində baş verən hadisələrin səbəbkarıdır. Ağdamı, gah da Şuşanı atəşə tuturlar. Həmin ərazilər üzərindən keçən təyyarələr üçün maneə yaradılır və təyyarənin istiqamətləndirilməsi üçün süni peyklərlə əlaqə yaratmasına əngəl törədirlər.
Manevr.az xəbər verir ki, bu sözləri teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.Onun sözlərinə görə, ərazimizdəki erməni sepratçılarını ruhlandıran, onları ayaq üstə saxlayan həmin hərbi qüvvələrdir:
""Artsax" dedikləri ərazidə 18 000 şəxs yaşayır. Bu qədər insanın içindən 12 000-lik qoşun yaratmaq mümkün deyil. Bunlar hamısı Ermənistan silahlı qüvvələrinin tərkib hissələridir. Nə qədər ki, onları ərazimizdən çıxarmamışıq, başımız çox ağrıyacaq. Həmçinin ciddi problemlərimiz olacaq”.

Qabil Hüseyli bildirib ki, Qarabağ bölgəsində separatçıların Azərbaycana reinteqrasiya məsələsi baş tutmayacaq:
"Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət əsasında bölgədə sülh, təhlükəsizlik və sabitliyin bərqərar olmasında, erməni sakinlərin ölkəmizin qanunvericiliyi çərçivəsində reinteqrasiyasında qərarlıdır. Separatçılar silahlı qüvvələrə əsaslanaraq Azərbaycana qarşı sözün əsl mənasında meydan oxuyurlar. Göndərdiyimiz humanitar yardımı qəbul etmirlər. Hətta Rusiyanın göndərdiyi humanitar yardıma qarşı da etiraz edirdilər. Onların əsas arzuları "dövlət" kimi özlərini təsvir etmək və bunu Azərbaycana qəbul etdirməkdir. Bu, sadəcə onların qurduğu xəyaldır. Dünyanın heç bir ölkəsi, beynəlxalq təşkilatlar onların varlığını və yaxud da müstəqillik haqqında danışıqlarını qətiyyən qəbul etmir. Son “prezident” seçkilərində nəticələrini dünyanın heç bir ölkəsi tanımadı. Avropa Birliyi və Amerika qəti şəkildə bunu rədd etdi. Hətta Yunanıstan da bu seçkilərin nəticələrini tanımadığını açıqladı və “seçkilər”in Azərbaycanın ərazi bütövlüyünə zidd olduğunu bəyan etdilər. Beynəlxalq ictimaiyyət Azərbaycanın tam yanındadır. Ermənistanı qızışdıran, yönləndirən və daima onları bu vəziyyətdə saxlayan Rusiyadır. Rusiya çox mürəkkəb oyun oynayır. İlk növbədə bu oyun Azərbaycan əleyhinə çevrilib. Son zamanlar Ermənistanın Rusiyadan uzaqlaşma xəttini tutması da Ermənistanda qanuni seçilmiş baş nazir Nikol Paşinyana qarşı yönəlib. Rusiyanın bölgəni qarışdırması davam edir. ABŞ-a gəlincə, Dövlət Departamenti formal bəyanatlar vermək əvəzinə, artıq məsələ ilə ciddi məşğul olmalı və Ermənistana razılaşmalara əməl etmək üçün təzyiq göstərməlidir. Çünki Azərbaycanın Qarabağ bölgəsində məskunlaşan erməni sakinlərin reinteqrasiyası, Qarabağ bölgəsinə humanitar yüklərin müxtəlif marşrutlarla çatdırılması təklifinə Ermənistanın öz qondarma rejimi vasitəsilə müxtəlif bəhanələr irəli sürməklə boyun qaçırması ABŞ-a çox yaxşı məlumdur”.
Siyasi ekspert hesab edir ki, antiterror əməliyyatının keçirilməsi zərurətə çevrilib: “Zənnimcə, 2-3 gün içində onları Ağdərə ətrafında mühasirəyə alacağıq. Müharibənin belə qanunu var təslim olmadıqda səni məhv edirlər”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar