Xəbər lenti
Putin Şuşa, Laçın və Kəlbəcəri ermənilərə peşkəş etmişdi

Manevr.az xəbər verir ki, bunu siyasi şərhçi Elxan Şahinoğlu Rusiya prezidentinin Qarabağla bağlı açıqlamalarına qiymət verərkən deyib.
“Kreml sahibi deyib ki, Rusiya İkinci Qarabağ müharibəsindən əvvəl Ermənistanın nəzarət etdiyi (Putin işğal əvəzinə “nəzarət” ifadəsinə üstünlük verir) 5 rayonun Azərbaycana geri qaytarılması müqabilində iki rayonun – Kəlbəcər və Laçının faktiki olaraq Ermənistanla Qarabağdakı separatçıların “yurisdiksiyasında” qalmağını təklif edirdi. Putinin sözlərinə görə, Ermənistan rəhbərliyi bununla razılaşmayıb. Budurmu Rusiyanın Azərbaycanın ərazi bütövlüyünə olan hörməti? Azərbaycan Kəlbəcər və Laçından niyə imtina etməliydi? Putin çıxışında Şuşanın adını ona görə çəkməyib ki, şəhərimizi ermənilərə peşkəş edibmiş.
Beləliklə, Putin indiki vəziyyəti Ermənistan hakimiyyətinin yanlış siyasəti ilə əlaqələndirib. Kreml sahibinin “Ermənistan rəhbərliyi mahiyyətcə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıyıb” cümləsi də bundan xəbər verir”, - E.Şahinoğlu bildirib.
Ekspert deyib ki, İkinci Qarabağ müharibəsinin nəticələri Ermənistan və separatçılarla yanaşı, Kremlin də planlarını pozub.
“Vladimir Putin çıxışlarında bircə Rusiya sülhməramlı kontingentinin Azərbaycan ərazisində fəaliyyət müddətinə toxunmaq istəmir”.modern.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar