Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Qarabağdakı “seçkilər”i tanımayan ölkə və təşkilatlar - Siyahı

Tarix: 12-09-2023 13:29     Baxış: 3151 A- / A+

Aparıcı beynəlxalq təşkilatlar və dünyanın bir çox ölkələri erməni separatçılarının Xankəndidə keçirdiyi qondarma prezident seçkilərini pislədiklərini və tanımadıqlarını bəyan ediblər.
Manevr.az xəbər verir ki, "seçkilər"i tanımadıqlarını bəyan edən təşkilatlar və ölkələr siyahısına İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Türk Dövlətləri Təşkilatı (TDT), Avropa İttifaqı (Aİ), Avropa Şurası, həmçinin, Böyük Britaniya, ABŞ, Macarıstan, Rumıniya, Pakistan, Türkiyə, Gürcüstan, Ukrayna, Moldova və s. daxildir.
Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld beynəlxalq hüququn prinsip və normalarının əhəmiyyətini vurğulayıb: “Biz Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik”.
Macarıstan, Rumıniya və Moldova kimi Avropa ölkələri də separatçıların addımlarının qeyri-legitimliyi ilə bağlı oxşar bəyanatlar veriblər.
Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Xidmətinin sözçüsü Nabila Massrali isə qeyd edib ki, Xankəndidə keçirilmiş qondarma seçkiləri diqqətə alaraq, Avropa İttifaqı bir daha bəyan edir ki, Qarabağdakı "seçkilər"in həyata keçirildiyi konstitusion və hüquqi çərçivəni tanımır.
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) dünya ictimaiyyətini Ermənistanın destruktiv addımlar atmasının qarşısını almaq üçün effektiv tədbirlər görməyə çağırıb. Üstəlik, Avropa Şurası, Türk Dövlətlərinin Parlament Assambleyası və digər beynəlxalq strukturların nümayəndələri də “seçkiləri” tanımadıqlarını bəyan ediblər.
Bu arada, İran “seçkiləri” birbaşa pisləməyib, lakin dünənki mətbuat konfransında bununla bağlı sualı cavablandıran İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi ölkəsinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini və Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıdığını bəyan edib.
Bu günə qədər Xankəndidə keçirilən “seçkilər”in qanunsuz olduğunu bəyan edən ölkə və təşkilatların siyahısı:
Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Xidməti
Avropa Şurası
İslam Əməkdaşlıq Təşkilatı
Türk Dövlətləri Təşkilatı
Türk Dövlətləri Parlament Assambleyası

Türkiyə
ABŞ
Böyük Britaniya
Ukrayna
Gürcüstan
Moldova
Rumıniya
Macarıstan
Pakistan
Özbəkistan.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar