Xəbər lenti
Xankəndi məsələsi belə həll edilir: Müharibə ilə bağlı plan... - Şok faktlar

Bunu teleqaraf.com-a Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.
O qeyd edib ki, hazırda Azərbaycanla Ermənistan arasında yaşanan gərginliyin hərbi qarşıdurmaya çevrilməsi ehtimalları çox azdır:
“Əslində bu cür gərginliyin olması da təbiidir. Çünki tərəflər arasında sülh müqaviləsi imzalanmayana qədər belə hallar müşahidə ediləcək. Gərginliyin zaman-zaman qarşıdurma fazasına keçəcəyi mümkündür. İsrail-Fələstin, Hindistan-Pakistan məsələsində olduğu kimi tendensiya izlənilir”.

Sərdar Cəlaloğlu bildirib ki, Azərbaycan öz mövqeyi ilə Xankəndi məsələsini dinc yola həll etmək niyyətindədir:
“Çünki rəsmi mövqelər Azərbaycanla Ermənistan asrasında yeni müharibənin olacağı ehtimallarını azaldır. Yeni bir hərbi qarşıdurma Rusiya-ABŞ, Fransa Rusiya-Türkiyə toqquşması deməkdir. Nəticədə 44 günlük müharibədən daha böyük bir qarşıdurma ola bilər. Ona görə də, Cənubi Qafqaz kimi kiçik bir regionda iri həcmli müharibənin başladılması mümkün deyil”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar