Xəbər lenti
Xankəndi-Əsgəran nəzarətə götürülüb: Fərrux və Kətik dağı istiqamətindən isə... - Vacib gəlişmə

Manevr.az xəbər verir ki, bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elman Məmmədov deyib.
O qeyd edib ki, o vaxt Qarabağda olan separatçılar Ermənistana birləşmək haqqında qondarma bir qərar çıxarmışdılar:
“Ermənistan ali soveti isə həmin vaxt “Dağlıq Qarabağın” Ermənistana birləşdirilməsi məsələsini qaldırmışdı. Bunlar sözsüz ki, o vaxt SSRİ-nin, birbaşa Moskvanın razılığı ilə baş verirdi. Əks təqdirdə bunları etmək mümkün deyildi. Nəhayət, 1991-ci il sentyabrın 2-də separatçılar özləri üçün Qarabağda “respublika” elan etdilər. O vaxt separatçılar qanunsuz olaraq burada özlərinə “prezident” seçdilər, “parlament” formalaşdırdılar. İndiyə kimi də bu xuntanın “fəaliyyəti” davam edir”.

Elman Məmmədova görə, Azərbaycan II Qarabağ müharibəsindən sonra bölgədəki strateji yüksəkliklərə nəzarət edir:
“Vaxtilə Ağdərədən Şərq istiqamətində Kəlbəcər-Basarkeçər yolu ilə ermənilərə kömək gəlirdi. İndi həmin ərazilər Azərbaycanın nəzarətindədir. Fərrux və Kətik dağı yüksəkliyi, Şuşa istiqamətindən isə Xankəndi-Əsgəran nəzarətdə saxlanılıb. Azərbaycan Ordusu burada olan bütün prosesləri müşahidə edir. Ona görə də, Ermənistan və onun dəstəklədiyi separatçı rejim sonun necə bitəcəyini düşünməlidir”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar