Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanla Gürcüstan bu sahələrdə əməkdaşlıq edəcək – Siyahı

Tarix: 06-09-2023 13:13     Baxış: 3209 A- / A+



Azərbaycanla Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlıq Sazişinin detalları açıqlanıb.
Manevr.az bildirir ki, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” qanunda əksini tapıb.
Sazişin məqsədi Tərəflər arasında müdafiə sahəsində əməkdaşlığı təşviq etmək və möhkəmləndirmək, eləcə də Tərəflərin qəbul etdikləri hərbi əməkdaşlıq proqramlarının həyata keçirilməsi üçün praktiki çərçivəni təmin etməkdir.
Sənəddə qeyd edilib ki, tərəflər aşağıdakı sahələrdə əməkdaşlıq edəcəklər:
– hərbi təhsil, treninq və təlimlər;
– müdafiə və təhlükəsizlik siyasəti;
– sülhməramlı və humanitar əməliyyatlar;
– NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində əməkdaşlıq;
– silahlara nəzarət və tərk-silah;
– hərbi qanunvericilik;
– maddi-texniki təminat;
– mülki-hərbi əməkdaşlıq;
– müdafiə sahəsində kibertəhlükəsizlik;
– hərbi xəritəçilik;
– hərbi tibbi xidmətlər;
– sosial, idman və mədəni tədbirlər;
– humanitar minatəmizləmə;
– qarşılıqlı maraq kəsb edən digər sahələri.
Tərəflər arasında əməkdaşlıq aşağıdakı formalarda həyata keçiriləcək:
– rəsmi səfərlər və işçi görüşləri;
– ikitərəfli danışıqlar, məsləhətləşmələr və təcrübə mübadiləsi;
– treninq və təlim tədbirlərində iştirak;
– qarşılıqlı maraq kəsb edən məlumatın mübadiləsi;
– konfrans və seminarlarda iştirak;
– mədəni və idman tədbirlərində iştirak;
– birgə razılaşdırılmış digər əməkdaşlıq formaları.
Sazişin həyata keçirilməsi üzrə səlahiyyətli orqanlar Azərbaycan Respublikası Hökuməti adından Müdafiə Nazirliyi və Gürcüstan Hökuməti adından Müdafiə Nazirliyidir.
Tərəflərin səlahiyyətli orqanları Sazişin həyata keçirilməsi məqsədilə əlavə razılaşmalar və illik əməkdaşlıq planlarını imzalaya bilərlər.
Səlahiyyətli orqanlarla bağlı hər hansı dəyişiklik tərəflər tərəfindən diplomatik kanallar vasitəsilə yazılı şəkildə bildirilməlidir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar