Sizin Reklam Burada
Xəbər lenti
04-05-2024
03-05-2024
BÜTÜN XƏBƏRLƏR

Paşinyan buna məcburdur: Zəngəzur açılmalıdır

Tarix: 03-09-2023 08:39     Baxış: 3266 A- / A+




Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi Moskva və İrəvanın Ermənistanla Azərbaycan arasında sülh sazişinin bağlanması və münaqişənin yekun həlli prosesini pozmağa yönəlmiş razılaşdırılmış hərəkətlərinin nəticəsidir.
Manevr.az xəbər verir ki, bunu tanınmış rus jurnalisti, tarixçisi və yazıçısı Sergey Verevkin Haqqın.az-a müsahibəsində deyib.
Rusiya sülhməramlılarının Ermənistandan Qarabağ separatçılarının yerləşdiyi yerə silah aparması ilə bağlı videogörüntülərə münasibət bildirən Verevkin qeyd edib ki, onlar Kremlin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı siyasətini kifayət qədər tam şəkildə nümayiş etdirir:
“Aydındır ki, İrəvanla Bakı arasında münasibətlərin nizamlanması Moskva üçün sərfəli deyil. Cənubi Qafqazdakı münaqişədən Ermənistana təsirini gücləndirmək və qarşıdan gələn seçkilərdə 600 minlik erməni diasporunun səslərini manipulyasiya etmək üçün istifadə edən Fransa kimi”.
Verevkinin sözlərinə görə, ümidsiz vəziyyətə düşən Ermənistan hakimiyyətinə yalnız 10 noyabr 2020-ci ildə bağlanmış üçtərəfli sazişlərin hərfinə cavab verən Azərbaycan şərtlərini qəbul etmək qalır:
“Nikol Paşinyan diş qıcayaraq Azərbaycanın hamılıqla tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü tanımağa məcbur olub. İndi isə həyat reallıqlarının təzyiqi altında Ermənistan rəhbərliyi üçtərəfli sazişin şərtlərini yerinə yetirməli, Zəngəzur dəhlizini açmalı və Azərbaycanla hərtərəfli sülh sazişi bağlamalıdır. Bu, Ermənistan üçün çətin prosesdir, çünki o, son otuz ildə ictimai şüurda becərilən “Dənizdən dənizə Ermənistan” və digər müxtəlif miflərlə vidalaşmalı olacaq. Təsadüfi deyil ki, xəyalpərəst xəyallardan qurtulmaq, Azərbaycanla sülh sazişinə doğru irəliləmək prosesi belə çətinliklə gedir. Buna baxmayaraq, proses gedir və hətta Ermənistan-Azərbaycan sülh nizamlanmasının əleyhdarları da bu faktı inkar edə bilmirlər”.axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar