Xəbər lenti
Paşinyan cəsarətsizdir: Onun hər səhvi bizi Göyçəyə bir addım da yaxınlaşdırır
Məlum olduğu kimi, sentyabrın 1-i səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində yerləşən bölmələri Azərbaycan Ordusunun Kəlbəcər istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlar, minaatanlar, artilleriya qurğuları və zərbə PUA-larından atəşə tutub.
Manevr.az-ın xəbərinə görə, bölgədə yaranmış gərgin vəziyyətlə bağlı politoloq Zaur Məmmədov publika.az-a açıqlama verib. O bildirib ki, Ermənistan hökumətinin məqsədi Azərbaycanı təxribata çəkməkdir:
"Biz Kəlbəcər və Gədəbəy istiqamətlərində atəşkəsin tez-tez pozulduğunun şahidi oluruq. Artıq buradan belə bir məntiqi qənaətə gəlmək olar ki, Nikol Paşinyan Azərbaycana sanki "Gəl, Göyçəni azad elə və Göyçə gölünün ortasından bir sərhəd çəkək" demək istəyir. Yəni bizi 1920-ci ilin 28 aprel tarixinə qədər mövcud olan sərhəd xəttinin bərpasına vadar edir.
Bundan əlavə, baxın, separatçılar Qarabağda liderlərini dəyişərək, yeni "prezident" təyin edirlər. Livanda səfirliyimizə qarşı hücum təşkil edilir. Zəngəzur dəhlizinin açılmasını dəxlisiz olaraq yubadırlar. Delimitasiya və demarkasiya məsələləri hələ də çözümünü tapmayıb. Yəni onlar bizə başqa şans qoymurlar. Bu çirkin niyyətlərin arxasında rəsmi Bakını Qarabağın dağlıq hissəsində vəziyyətə nəzarət etmək, oradakı terrorçuları məhv etmək üçün əməli addımlar atmağa təhrik etmək dayanır. Lakin onlar bunu görməyəcək. Azərbaycan tərəfi ağıllı addımlar atacaq. Ordumuzu mülki əhaliyə qarşı hücumda günahlandırmaq arzusu ürəklərində qalacaq".
Politoloq hesab edir ki, sərhəddə baş verənlər sülh prosesinə ciddi əngəldir. Çünki müqavilənin imzalanmasının yubadılması həm Ermənistanın daxilindəki qüvvələr, həm xaricdəki aktorlar, o cümlədən Paşinyanın fərdi keyfiyyətləri ilə əlaqədardır.
"Düzdür, Ermənistan baş nazirinin Qarabağı Azərbaycan ərazisi kimi elan etməsi ölkəmiz üçün siyasi bir uğurdur. Lakin sülh sazişinə qol çəkmək üçün konkretliyə ehtiyac var ki, o cəsarət də Paşinyanda yoxdur", - Z.Məmmədov fikirlərini yekunlaşdırıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar