Sizin Reklam Burada
Xəbər lenti
23-08-2025
22-08-2025
BÜTÜN XƏBƏRLƏR

Paşinyan ərazi bütövlüyümüzü tanımaqdan imtina etsə…

Tarix: 02-09-2023 13:31     Baxış: 3219 A- / A+


 
Ermənistanın müxalifət təmsilçiləri, o cümlədən keçmiş prezident Serj Sərkisyan ölkəsinin və “Qarabağ”ın onlar üçün hazırki ağır durumunun səbəbini Nikol Paşinyanın hakimiyyətini davam etməsiylə əlaqələndirirlər. Onlar hesab edirlər ki, nə qədər ki Nikol Paşinyan baş nazirdir, vəziyyət onlar üçün daha da çətinləşəcək, Azərbaycan Qarabağın tamamı ilə yanaşı, Qərbi Zəngəzura da nəzarət edəcək.
Manevr.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
“Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan Paşinyanın istefasını tələb etməsə də, baş nazirdən Azərbaycanın ərazi bütövlüyü ilə bağlı açıqlamasını geri götürməsini tələb edir: “Başımıza gələn bəlalar Nikol Paşinyanın Qarabağ daxil Azərbaycanın ərazi bütövlüyünü tanımasıyla bağlıdır”. Oskanyan hesab edir ki, Paşinyanın bu açıqlamasından sonra beynəlxalq aləmin Azərbaycana təzyiq etmək imkanları minimuma enib.
Erməni radikalların məntiqinə görə, Nikol Paşinyan istefa versə və ya Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan imtina etsə, vəziyyəti öz xeyirlərinə düzəldə biləcəklər. Bunlar anlamaq istəmirlər ki, İkinci Qarabağ müharibəsi bölgədəki şərtləri dəyişib, Paşinyanın yerində kim olursa-olsun, Azərbaycan Qarabağın tamamını nəzarətə götürmək siyasətindən imtina edən deyil. Düyməyə basılıb, gerigönüş olmayacaq. Bu, yaxın 35 ildə separatizmlə mübarizədə minlərlə vətəndaşını itirən, qətliamlar görən Azərbaycan cəmiyyətini sifarişidir”, - politoloq bildirib.axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar