Sizin Reklam Burada
Xəbər lenti
04-05-2024
BÜTÜN XƏBƏRLƏR

Partiyalara verilən əlavə vaxt da başa ÇATDI – Kimlər siyasətə “ƏLVİDA” DEYƏCƏK?

Tarix: 01-09-2023 11:19     Baxış: 4161 A- / A+

Xəbər verdiyimiz kimi “Siyasi Partiyalar haqqında” yeni qanunun qəbul edilməsindən sonra siyasi partiyaların təkrarən qeydiyyatdan keçmək zərurəti ortaya çıxdı. 
Təsadüfi deyil ki, 28 siyasi partiya ötən aylarda təkrar qeydiyyat üçün Ədliyyə Nazirliyinə müraciət etdi. Lakin, YAP-dan başqa digər partiyaların təqdim etdiyi sənədlərdə müəyyən nöqsanlar aşkar edildi. Bu nöqsanların aradan qaldırılması üçün Ədliyyə Nazirliyi həmin partiyalara 1 ay vaxt vermişdi. Artıq vaxt başa çatıb.
Bəs, hansı partiyalar iradların düzəlişindən sonra təkrarən Ədliyyə Nazirliyinə müraciət edib?
Manevr.az bildirir ki, bununla bağlı Bizim.Media bir neçə partiya sədri ilə əlaqə saxlayıb:
Müsavat Partiyasının başqanı Arif Hacılı 2 həftə öncə təkrar müraicət etdiklərini qeyd edib:
“Avqust ayının 17-də Nazirliyin qeydlərini də nəzərə alaraq və daha min nəfərədək üzvün siyahılarını əlavə edərək sənədləri Nazirliyə təqdim etmişik”.
Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev Ədliyyə Nazirliyinin bildirdiyi iradlar üzərində ciddi işlədiklərini qeyd edib:
“Haqlı tələbləri aradan qaldırdıq. Ümid edirəm ki, bu dəfə bütün tələbləri daha düzgün yerinə yetirə bilmişik. Və bütün düzəlişləri etdikdən sonra təkrarən Ədliyyə Nazirliyinə müraciət etmişik”.
Ağ Partiyanın sədri Tural Abbaslı da üzv müraciəti ilə bağlı detalların üzərində çalışdıqlarını vurğulayıb:
“Ədliyyə Nazirliyinin bizə verdiyi 1 aylıq vaxt avqustun 25-də bitdi. Amma biz artıq avqustun 24-də bütün iradları düzəliş edib, yenidən sənədlərimizi Ədliyyə Nazirliyinə təqdim etdik. Əslində bu çox çətin və məsuliyyətli bir iş idi. Bütün partiya səfərbər olmuşdu. Böyük bir kollektivlə iradların üzərində işlədik. 
Təsəvvür edin ki, 5 mindən artıq partiya üzvünə yenidən telefon zəngi eləmişik. Müvafiq dəqiqləşdirmələr aparmışıq. Bildiyiniz kimi adi bir məsələdə, məsələn ad, soyad və yaxud doğum tarixində xırda bir yanlışlıq olanda sistem bunu qəbul etmir.
Ona görə də bu diqqət tələb edən ağır bir proses idi. Nəhayət ki, işlərimizi yekunlaşdırdıq və sənədləri Ədliyyə Nazirliyinə təqdim eləmişik. İnşallah, Nazirlik bir ay müddətində bizə cavab verməlidir”.
Böyük Qurtuluş Partiyasının sədri Fazil Mustafa isə bildirib ki, partiyalarına verilmiş 1 aylıq müddət sentyabrın 4-də bitir: 
“Ona görə də biz təkrarən sənədlərimizi bu gün, ya da sabah Ədliyyə Nazirliyinə təqdim edəcəyik. Biz ötən müddəti lazımınca dəyərləndirdik və sənədlərin üzərində ciddi iş apardıq. Deyilən nöqsanların hamısını aradan qaldırdıq. İndi qalıb ki, sənədləri yenidən təqdim edək və nəticəni gözləyək. Ümid edirəm ki, bu dəfə sənədləri çox diqqətlə təhlil etmişik və bütün nöqsanları aradan qaldırmışıq. Əminəm ki, narahatlıq doğuran elə bir ciddi əsas qalmayıb”.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar