Xəbər lenti
Laçından verilən mühüm mesaj: Azərbaycanın qətiyyətli mövqeyinin ifadəsi

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın avqustun 25-də Kəlbəcər və Laçın rayonlarına səfəri mühüm önəm kəsb edir. Burada bir sıra mühüm açılışların, infrastruktur və yaşayış məntəqələrinin əsasının qoyulması mərasimlərində ölkə başçısı və birinci xanımın iştirakı tarixi əhəmiyyətə malikdir. Kəlbəcərə səfər çərçivəsində “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyasının açılışı edilib. Eyni zamanda “İstisu” Mineral sudoldurma zavodunun tikintisi ilə tanış olan ölkə başçısı və birinci xanım “İstisu” Müalicə-İstirahət Kompleksində görülən işlər barədə məlumat alıb.
Manevr.az bildirir ki, bunu Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O qeyd edib ki, dövlətimizin başçısı “AzərEnerji” ASC-nin “Çıraq-1” və “Çıraq-2” Kiçik Su Elektrik stansiyalarının açılışında iştirak edib: “Onlar həmçinin Zar kəndinin təməlqoyma mərasimində iştirak ediblər. Avqustun 25-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Laçın rayonuna səfəri çərçivəsində “Həkəri Balıq Təsərrüfatı”nın açılışını edib. Laçın rayon 2 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra da açılışı olub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Laçın rayonunda “Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonunda olub”.
Deputat bildirib ki, dövlətimizin başçısı və birinci xanım Laçın rayonunun sənaye zonasında mebel fabrikinin açılışında iştirak edib, prefabrik modul evlərin istehsalı müəssisəsinin və xırdabuynuzlu heyvanların saxlanılması məntəqəsinin fəaliyyəti ilə tanış olub: “Həmin gün Laçın şəhərinə yaxın ərazidə inşa ediləcək mehmanxana kompleksinin təməli atılıb. Kəlbəcər-Laçın avtomobil yolunun 38-ci kilometrliyindən 76-cı kilometrliyinədək olan hissəsində görülən işlərlə tanış olan ölkə başçısı və birinci xanım tapşırıq və tövsiyyələrini verib. Eyni zamanda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya Laçın Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə maraqlanıb. Həmçinin Laçında “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik stansiyalarının açılışı olub. Laçın rayonunun Zabux kəndində görülmüş işlərlə tanış olan Prezident İlham Əliyev və birinci-vitse prezident Mehriban xanım Əliyeva kənd sakinləri ilə səmimi söhbət edib. Zabuxlulara öz evlərinə qayıtmaları münasibəti ilə təbriklərini çatdıran ölkə başçısı və birinci xanım onların burada rahat təhlükəsiz əbədi xoşbəxt yaşamaları naminə Azərbaycan dövlətinin ən böyük qarant olduğu bildirilib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 26-da Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin və Prezidentin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Laçın şəhərində Həkəri çayının sahilində keçirilən “Laçın Şəhəri Günü” bayram tədbirində iştirak edib. Dövlətimizin başçısı tədbirdə çıxış edərək ilk növbədə, laçınlıları Şəhər Günü münasibətilə təbriklərini çatdırıb. Dövlət başçısı ilk dəfədir qeyd edilən Laçın Şəhər Günlərini tarixi əhəmiyyətinə toxunub. Qeyd edək ki, azad edilmiş ərazilərdə Prezidentin Sərəncamı ilə şəhər günlərinin keçirilməsi haqqında qərar qəbul olunub. Şəhər günləri şəhərlərimizin erməni işğalından azad edilməsi günləridir. Laçın şəhəri də məhz 26 avqust tarixində düşməndən tamamilə azad olunub”.
Millət vəkili II Qarabağ müharibəsi nəticəsində dekabrın 1-də Laçın rayonu işğaldan azad edilsə də Laçın şəhəri və iki kənd – Zabux və Sus kəndləri ölkəmizin nəzarətində olmadığını bildirib: “Keçmiş Laçın dəhlizi Laçın şəhərindən və bu kəndlərdən keçirdi. Azərbaycan dövlətinin qətiyyəti sayəsində qısa müddətdə kənar yol salındıqdan sonra Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın özünə qayıtmış oldu. Prezident İlham Əliyevin bayram tədbirində çıxışı zamanı qeyd etdiyi kimi cəmi 8 ay ərzində Laçın şəhərində böyük quruculuq-bərpa işləri icra edilib və əhalinin qayıdışı təmin olunub. 28 May Müstəqillik Günündə Prezident İlham Əliyev tərəfindən Laçına ilk köçən sakinlərə evlərin açarları təqdim olunub. Eyni zamanda bu ilin sonuna qədər isə daha 900 ailə üçün evlər hazır olacaq. Həmçinin qısa zamanda atıq Zabux kəndinə sakinlərin geri dönüşünə start verilib. Prezident İlham Əliyevin Laçın şəhəri günü ilə bağlı təşkil edilən tədbirdə verdiyi mesajların əhəmiyyəti olduqca əhəmiyyətlidir. Ölkə başçısı aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində yaradılmış Laçın nəzarət buraxılış məntəqəsi ilə əlaqədar müxtəlif dövlətlər və beynəlxalq təşkilatların qərəzli mövqeyinə toxunub. Azərbaycan beynəlxalq hüquq və öz suveren hüquqları çərçivəsində addım atır. Dövlətimizin başçısının da vurğuladığı kimi heç kim ölkəmizin iradəsinə təsir edə bilməz. Ermənistan və onun havadarlarının Azərbaycana qarşı aparmağa çalışdığı kampaniyalar növbəti dəfə iflasa uğrayacaq”.

Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar