Sizin Reklam Burada
Xəbər lenti
04-05-2024
03-05-2024
BÜTÜN XƏBƏRLƏR

"Azərbaycanla razılaşdırılmadan heç bir maşın karvanı dövlət sərhədimizi keçə bilməz" - AÇIQLAMA

Tarix: 30-08-2023 14:22     Baxış: 3152 A- / A+
odnoklassniki sharing button
Ağdam yolu ilə Qarabağa göndərilən humanitar yüklərdən imtina edən ermənilər heç bir halda bu marşrutdan istifadə etməyəcəklərini bildirirlər. Qarabağ separatçılarının apardığı təbliğatın davamı olaraq yerli ermənilər Azərbaycandan göndərilən yüklərdən imtina edirlər.
Manevr.az-ın xəbərinə görə, mövzunu Konkret.az-a şərh edən politoloq Turab Rzayev bildirib ki, Azərbaycanın mövqeyi qətidir və Ağdam-Xankəndi yolu açılamayınca Laçın yolu bağlı 

“Ermənilər Azərbaycanın göndərdiyi humanitar yardımı Ağdam-Xankəndi yolu ilə qəbul etmək istəmirlər. Bunu erməni mətbuatı da, siyasətçiləri də, Qarabağdakı separatçı rejim nümayəndələri də geniş spektrdə təbliğ edirlər. Vardanyana bağlı qruplara Ağdam-Xankəndi yolunda çadır qurmaları üçün təlimatlar verilib. Eyni zamanda, Araik Arutyunyana məxsus silahlı dəstələrin yolu bağlamağa cəhdlərilə bağlı məlumatlar gəlir.
Əhali arasında genişmiqyaslı anti-Azərbaycan, anti – Türkiyə təbliğatı aparılır. “Biz Azərbaycandan, Türkiyədən yardım istəmirik”, – şüarları səsləndirirlər. Belə görünür ki, ermənilər yolun açılmasına imkan vermək istəmirlər. Azərbaycan isə bu məsələdə qərarlıdır və dövlətinizin mövqeyi ondan ibarətdir ki, biz Ağdam-Xankəndi yolunu istənilən halda açmalıyıq. Bundan sonra lazım olsa Azərbaycan qanunvericiliyi çərçivəsində Laçın yolu da açılacaq. Ancaq Laçın yolu Ağdam-Xankəndi yolu açılmadan işləyə bilməz”.
Politoloq hesab edir ki, Fransa da regionda təxribatları davam etdirir:
“Fransanın mövqeyi qərəzli və ədalətsizdir. Yalnız Ermənistanın və separatçı rejimin maraqlarından çıxış edir və Azərbaycan dövlətinin maraqlarını nəzərə almadan haqsız mövqe tutur. Sözsüz ki, bu da regionda vəziyyəti gərginləşdirməyə, münasibətləri problematik vəziyyətə çatdırmağa xidmət edir. Və Azərbaycan tərəfi bununla bağlı Fransaya öz etirazını bildirib.
Prezident İlham Əliyev Fransa prezidenti Makronla telefon danışığında açıq şəkildə deyib ki, Azərbaycan üçün Ağdam-Xankəndi yolu prioritetdir. Bu yolun açılmasından sonra Laçın yolundan istifadəyə icazə veriləcək. Azərbaycandan Laçın yolunu tələb etmək, hətta orada heç bir gömrük- sərhəd proseduru olmadan, sanki Ermənistanın daxili ərazisi kimi istifadə etməsini tələb etmək absurd yanaşmadır.
Bundan başqa, Azərbaycanla separatçı rejim arasında əvvəllər müəyyən razılıqlar olub. Ağdam-Xankəndi yolunun açılmasıyla bağlı razılıq əldə olunsa da, yol hələ açılmayıb, sözlərinin üstündə durmayıblar. Eyni zamanda, Bakıda və Yevlaxda reinteqrasiya ilə bağlı görüşlərdən də ermənilər qaçıblar. Qarşı tərəfin sözünə əməl etməməsi isə Azərbaycan tərəfini narahat edir. Fransa yaxşı olardı ki, Ermənistanın tərəfini reinteqrasiya, həmçinin, Ağdam-Xankəndi yolunun açılmasıyla bağlı təlimatlandırsın ki, bölgədə gərginlik azalsın. O isə əksini edir.
Fransadan göndərilən yardım TIR-ları da böyük ehtimalla Azərbaycan sərhədini pozmağa hesablanıb. Onlar çalışırlar ki, Makronun göndərdiyi TIR-lar da əvvəlki yük karvanının yanında dayansın və bununla yeni siyasi şou yaratsınlar. Təbii ki, bu TIR-ların haradan gəlməsi Azərbaycan tərəfi üçün elə də önəmli deyil və Azərbaycanla razılaşdırılmadan heç bir maşın karvanı dövlət sərhədimizi keçə bilməz. İstənilən halda isə Azərbaycanı blokada quran tərəf kimi göstərirlər, guya avropalılar bu blokadanı yarmağa çalışırlar”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar