Xəbər lenti
Ordu hərəkətə keçir: Məsələyə birdəfəlik son qoyulacaq - Qarabağda kritik gəlişmə

Bunu teleqraf.com-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.
O qeyd edib ki, erməni tərəfi məhz bu məqsədlərinə uyğun olaraq hərbi-siyasi müstəvidə təxribatlara əl atır:
“Bir müddət öncə erməni tərəfi Laçın sərhəd-buraxılış məntəqəsi ilə bağlı Beynəlxalq Ədələt Məhkəməsinə üz tutdu. Amma Beynəlxalq Ədalət Məhkəməsi qərar çıxardı ki, Laçın Azərbaycan ərazisidir. Azərbaycan da beynəlxalq hüquqa uyğun öz ərazisində istənilən yerdə buraxılış məntəqəsi yarada bilər. Beləliklə, Ermənistan buradan rədd cavabı aldı. Bundan sonra Ermənistan BMT Təhlükəsizlik Şurasına müraciət etdi. Avqustun 16-da BMT TŞ-nin iclası da Ermənistan üçün nəticəsiz bitdi. Buradan da əli boş dönən erməni tərəfi öz çirkin kampaniyasını müxtəlif platformalarda davam etdirir”.

“Paradoks da elə bundadır ki, 30 ilə yaxın BMT-nin qətnamələrini heçə sayan Ermənistan indi buradan öz maraqlarına uyğun qərar gözləyir. İndi isə erməni tərəfi ümidlərini Fransaya bağlayıb. Gözləyirlər ki, Fransa BMT TŞ-nin daimi üzvü kimi onların xeyrinə hansısa bir qərarın çıxarılmasına nail olsun”.
“Sözsüz bütün bunlar cəfəng və mənasız iddialardır. Azərbaycan Prezidenti avqustun 26-da Laçın Şəhəri Günü ilə bağlı tədbirdə çıxışında birmənalı olaraq bir daha vurğuladı ki, Azərbaycanı heç kəsin hədə-qorxusu, təzyiqi öz yolundan döndərə bilməz”.
Ziyafət Əsgərova görə, erməni tərəfinin atmış olduğu bütün addımlar iflasa uğrayacaq:
“Azərbaycanın işi haqqa, beynəlxalq hüquqa əsaslanır. Ona görə də, bu cür təxribatlara vaxt udmaq, məsələni uzatmaq ilk növbədə Ermənistanın özünə ziyandır. Çünki bütün hallarda erməni tərəfinin hərbi təxribatlarının davam etməsi Azərbaycan Ordusunun buna layiqli cavab verməsi ilə nəticələnəcək. Qarşı tərəf unutmamalıdır ki, Dəmir Yumruq yerindədir və atılacaq addımla bu məsələlərə birdəfəlik son qoyulacaq”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar