Sizin Reklam Burada
Xəbər lenti
04-05-2024
03-05-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan XİN fransalı nazirə cavab verdi

Tarix: 29-08-2023 16:44     Baxış: 3182 A- / A+


Azərbaycan XİN fransalı nazirə cavab verdi


"Fransanın Avropa və xarici işlər naziri Katrin Kalonanın bölgədə sülh və sabitliyə xidmət etməyən, birtərəfli ermənipərəst mövqe sərgiləyən bu kimi açıqlamaları qəbuledilməzdir".
Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonanın səfirlər konfransında çıxışı zamanı səsləndirdiyi fikirlərə dair suala cavab olaraq deyib.
Ermənistanın 30 ilə yaxın müddətdə Azərbaycan torpaqlarının işğalına, Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinə, soyqırımı və kütləvi qırğınların həyata keçirilməsinə, 1 milyona yaxın azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsinə və hüquqlarının tapdanılmasına, Azərbaycanın şəhər və kəndlərinin viran qoyulması və talan edilməsinə, Azərbaycana məxsus mədəniyyətin və tarixi abidələrin dağıdılmasına, 2020-ci il müharibəsindən sonra isə Ermənistanın həyata keçirdiyi hərbi-siyasi təxribatlara son qoymaması, Azərbaycan ərazilərindən silahlı qüvvələrinin hələ də tam çıxarılmaması kimi faktlara göz yumulması qanunsuz və qeyri-əxlaqi yanaşmanın nümunələridir.
Azərbaycan Respublikası milli qanunvericiliyi çərçivəsində Qarabağ bölgəsində yaşayan erməni sakinlərin ölkəmizin siyasi, sosial və iqtisadi sferalarına reinteqrasiyası istiqamətində səy göstərir və bu səylərə qarşı maneçilik törədilməsi, guya erməni sakinlərin bölgədən qovulması istiqamətində siyasət həyata keçirildiyi barədə iddialar səsləndirilməsi tamamilə yanlışdır.
Bir daha, Fransa tərəfini bu kimi təhrikçi və təxribatçı fikirlərə son qoymağa çağırırıq.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar