Sizin Reklam Burada
Xəbər lenti
22-12-2024
BÜTÜN XƏBƏRLƏR

Rusiya düyməyə basdı: Əvvəl Arayiki, sonra Paşinyanı devirəcəklər

Tarix: 28-08-2023 18:14     Baxış: 3337 A- / A+

“Uzun müddətdir ki, qondarma rejimin daxilində ciddi çatların olduğu görünürdü. Daha sonra bu çatlar ciddi qarşıdurmaya çevrildi. Hətta bu qarşıdurma o qədər dərinə işlədi ki, Araik Arutyunyan istefa verəcəyi barədə bəyanat yaydı. Sonra isə vəziyyəti stabilləşdirmək üçün onu istefadan vaz keçməyə məcbur etdilər. 
Lakin Rusiyanın əlaltısı və kuklası olan Ruben Vardanyan istefadan vaz keçmə əməlini prinsipsizlik və kreslosu üzərində əsmək kimi dəyərləndirdi. O, bununla Araikə olan kin və qəzəbini də büruzə verdi. Üstəlik, onun dediklərindən belə çıxdı ki, Ruben Vardanyanın özü qondarma rejimin başçılığına iddia edir”. 
Manevr.az-ın xəbərinə görə, bu sözləri yenisabah.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. 
O, Xankəndidə yerləşən qondarma rejimə məxsus “prezident aparatı”na edilən silahlı hücumun pərdəarxası məqamlarına toxunub. 
Xatırladaq ki, ötən gecə Xankəndinin mərkəzində yerləşən “prezident iqamətgahı”na hücum təşkil edilib. Qondarma rejimin “daxili işlər nazirliyi”nin məlumatına görə, hadisəni törədən hər 2 şəxs spirtli içkinin təsiri altında olub. Lakin buna baxmayaraq, bir sıra analitiklər artıq tanınmamış qurumun “siyasi kuluarlar”ında “hakimiyyətdaxili” mübarizənin və çəkişmənin başladığını qeyd edib. 
Öz növbəsində, Q.Hüseynli də söyləyib ki, separatçı qurumun birinciliyə iddia edənlərin sayı kifayət qədər çoxdur. Onun sözlərinə görə, qondarma rejimin “təhlükəsizlik şurasının” sabiq “katibi” Samvel Babayanın özü də birinciliyə iddialıdır və üstəlik, o, Bakı ilə reinteqrasiyasının tərəfdarı kimi çıxış edir. 
Analitikin düşünür ki, Ruben Vardanyan Rusiyadan yeni təlimatlar alaraq Qarabağın dağlıq hissəsindəki xunta rejiminin başına gəlmək, “hakimiyyət”i ələ keçirmək istəyir:
“O, bir yandan “xeyriyyəçilik” tədbirləri ilə əhalinin könlünü alır, o biri yandan isə sülhməramlılar ilə birlikdə Araiki devirməyə çalışır. Doğrudur, Araik də Rusiyanın adamıdır, lakin bu gün Kreml üçün ən aktual persona Ruben Vardanyandır. Çünki o, təkcə Qarabağda “hakimiyyət”ə sahiblənməklə kifayətlənməyəcək, gələcəkdə Moskvanın arzularına uyğun olaraq Ermənistanda da siyasi istəblişmentin yuxarısına gəlmək və bu yolda Baş nazir Nikol Paşinyanı devirmək kimi missiyanı da öz üzərinə götürə bilər”.
Siyasi təhlilçi onu da vurğulayıb ki, bu gün qondarma rejimin daxilində ciddi qarşıdurmalar var:
“Bu qarşıdurmalar indi silahlı mərhələyə keçib. Araikin “prezident aparatı”na hücum və orada törədilən əməllər göstərir ki, bu məsələ sırf daxili məsələ kimi qiymətləndirilə bilməz. Burada regional güclərin də əli var. Məsələn, Rusiyanın bu prosesə iştirakını istisna etmək olmaz. Həmçinin ziddiyyətlər qondarma rejimin “liderlər”i arasında belə var. Bu ziddiyyətləri dərinləşdirən, alovun üzərinə yanacaq tökən qüvvələr mövcuddur ki, bu qüvvələr də xaricdən idarə olunur. Onlar regionda uzağa gedən məqsədlər güdür”.
Onun fikrincə, rejimdaxili mübarizə həm də Ermənsitandakı hakimiyyətdaxili mübarizənin tərkib hissəsi kimi qavranılmalıdır:
“Bu nöqteyi-nəzərdən söyləmək olar ki, Rusiyanın bölgədəki oyunları başlayıb. Rusiya bölgədəki oyunlara “xod” verib və bu məsələ getdikcə daha da dərinləşə bilər. Hətta hadisələr sərhədlərini çıxaraq Ermənistan siyasətinin daxilinə də sirayət edə bilər”. 

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar