Xəbər lenti
“Laçın yolu məsələsinin siyasiləşdirilməsi doğru deyil”
“Azərbaycan dövləti tərəfindən konstruktiv addımlar atılır. Son günlər ərzində sülhməramlıların müraciəti əsasında erməni sakinlərin keçidi tam sərbəst şəkildə həyata keçirilib”.
Manevr.az Report-a istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov avqustun 24-də Bakıda Belçikanın xarici işlər naziri Hadija Labiblə birgə keçirdiyi mətbuat konfransında deyib.
Nazir qeyd edib ki, Laçın-Xankəndi yolu ətrafında baş verən proseslər barədə həmkarına məlumat verib:
“Laçın yolundan Ermənistanın qanunsuz istifadə halları barədə məlumat verdim. Azərbaycan bunun qarşısını almaq üçün sərhəd-keçid məntəqəsi qurdu. Bundan sonrakı dönəmdə bunu həzm edə bilməyən Ermənistan təxribatlara əl atıb”.
Azərbaycanın XİN başçısı söyləyib ki, yolların məqsədli şəkildə bloklanması kimi addımlar qəbuledilməzdir:
“Bu, beynəlxalq normalara uyğun deyil. Laçın yolu məsələsinin siyasiləşdirilməsi doğru deyil”.
Ceyhun Bayramov qeyd edib ki, Ermənistanın separatçı, təxribat xarakterli addımları humanitar məsələ kimi qəbul edilə bilməz.
Nazir belçikalı həmkarının gələcəyə baxış tövsiyəsini doğru saydığını söyləyib:
“Hadja Lahbib də keçmişə yox, gələcəyə baxmalı olduğumuzu tövsiyə etdi. O, gələn ilin yanvarında Belçikanın Avropa İttifaqına sədrlik edəcəyini bildirib. Mən də bu sədrliyin uğurlu olmasını diləyirəm. Bizim istəyimiz və gözləntimiz növbəti illərdə ölkəmizə qarşı ikili standartların şahidi olmamağımızdır. Biz bəzi Avropa ölkələrinin separatçılığa necə həssas yanaşdıqlarını, necə mühüm qərarlar qəbul etdilərini bilirik. Biz istərdik ki, Azərbaycanın həyata keçirdiyi işlərlə bağlı rəy verməzdən əvvəl addımın mahiyyətini başa düşsünlər. Ermənistanın separatçı, təxribat xarakterli addımları belə asanlıqla humanitar məsələ kimi qəbul edilə bilməz”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar