Xəbər lenti
İrandan Zakir Həsənova edilən zəngin PƏRDƏARXASI
Dünən Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqerinin təşəbbüsü ilə telefon danışığı olub.
Tərəflər regiondakı vəziyyət və təhlükəsizlik məsələləri ilə bağlı ətraflı fikir mübadiləsi aparıblar.
Telefon danışığı zamanı, həmçinin ölkələrimiz arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri də müzakirə olunub.
Məsələ ilə bağlı siyasi şərhçi Elçin Alıoğlu Cebhe.info-ya açıqlamasında bildirib ki, İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeri peşəkar və soyuqqanlı bir hərbçidir:
"Baqeri İranın hərbi rəhbərliyinə mənsub olması ilə bərabər İran hakimiyyəti daxilində gedən qarşıdurmada İbrahim Rəisinin tərəfdarıdır. Qarşı tərəfdə isə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) dayanır. Ümumiyyətlə, İranın müdafiə potensialında SEPAH əsas yer tutur. İranda kosmik raket qüvvələri, hava hücumundan müdafiə qüvvələri, eləcə də hərbi dəniz qüvvələri SEPAH-a məxsusdur. O ki qaldı Baqerinin Zakir Həsənov ilə telefon danışığının pərdəarxası məqamlarına gəlincə, burada üç əsas səbəb önə çıxır.
Birincisi, Araz çayı boyunca iki ölkə sərhədində vəziyyətin normallaşdırılmasıdır. Eyni zamanda Ermənistanın son vaxtlar sürətli silahlanmasında İranın xüsusi rolu var. Çünki Hindistanın Ermənistana tədarük etdiyi silah-surtan və hərbi texnika məhz İranın ərazisi üzərindən daşınır. Yəni, bu silahlar Təbrizdən keçirilir və Ermənistana aparılaraq orada hərbi anbarla toplanılır.
İkincisi, həm Bakı, həm də Tehran iki ölkə arasında gərginliyin azalması istiqamətində zəruri addımlar atmaq niyyətindədir.
Üçüncüsu, İranın Azərbaycanda hərbi təlimlərin qrafiki ilə tanış olması istəyi ilə bağlıdır. Bu da təmamilə normal bir istəkdir. Hər iki tərəf, həqiqətən gərginliyin azadılmasında maraqlıdır. Amma rəsmi Tehran da Azərbaycanın bəzi şərtlərini yerinə yetirməlidir. Yalnız bu halda münasibətlərin normallaşmasında müsbət ab-hava hiss oluna bilər”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar