Xəbər lenti
Sülhə məcburetmə əməliyyatları başlayır: sentyabrda... - Polkovnik açıqladı
Ermənistan tərəfi şərti dövlət sərhədində, rus sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində olan hərbi birləşmələri vasitəsi ilə ardıcıl olaraq təxribatlar törədir. Qarşı tərəf Kəlbəcər-Laçın istiqamətində Ordumuzun mövqelərini atəşə tutmaqla Azərbaycanı da təxribata cəlb etməyi düşünür. Bununla rus sülhməramlıları qarşısında tələb qoyulmalıdır. Azərbaycanın tələbi o olmalıdır ki, sülhməramlıların müvəqqəti məsuliyyət zonasındakı erməni silahlı birləşmələrinin fəaliyyətinə son qoyulsun. Əks halda bütün məsuliyyət onların üzərində qalacaq.“Qarşı tərəf maksimum dərəcədə çalışır ki, Azərbaycan bu təxribatlara cavab versin. Bunun da nəticəsində itkilər olsun. Vaxt 2025-ci ilə doğru yaxınlaşdıqca Rusiyanın burada açıq narahatlığı özünü göstərir. Bu, sanki rus sülhməramlıları üçün bir əcəl saatına çevrilib”.
Polkovnik hesab edir ki, erməni tərəfi hər gün təxribat arealını genişləndirir:“Ermənistan əslində bununla sülh prosesində zərrə qədər maraqlı olmadığını göstərir. Burada Rusiya tərəflərin sülh müqaviləsindən uzaqlaşması üçün əlindən gələni edir. Bunun fonunda Azərbaycanla Ermənistan arasında yeni toqquşmanın olması artıq qaçılmaz görünür”.
Üzeyir Cəfərov son hərbi toqquşmaların Ermənistanı sülhəməcburetmə əməliyyatları olacağını söyləyib:
“Ermənistan və rusların təxribatları bunu daha da yaxınlaşdırır. Sentyabr ayında belə bir hərbi qarşıdurmanın başvermə ehtimalı daha da güclənir”
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































