Sizin Reklam Burada
Xəbər lenti
04-12-2024
03-12-2024
BÜTÜN XƏBƏRLƏR

Prezident barəsində araşdırma aparılması tələb edilir

Tarix: 17-05-2017 08:58     Baxış: 3490 A- / A+
Prezident barəsində araşdırma aparılması tələb edilir


Nümayəndələr Palatasının Nəzarət və Dövlət İslahatı Komitəsində və Senatın Hüquq Komitəsində təmsil olunan bütün demokratlar prezident Donald Tramp, ədliyyə naziri Ceff Seşns və Ağ Evin bir qrup yüksək vəzifəli məmurları barəsində araşdırma aparılmasını tələb edirlər.

APA-nın “Hill” nəşrinə istinadən verdiyi xəbərə görə, hər iki komitənin rəhbərlərinin adına göndərilən məktub həmin komitələrin 33 demokrat üzvü tərəfindən imzalanıb.

Qeyd edək ki “New York Times” nəşrinin ötən gün dərc etdiyi məlumatda bildirir ki, Tramp Federal Təhqiqatlar Bürosunun əks-direktoru Ceyms Komidən prezidentin milli təhlükəsizlik üzrə sabiq müavini Maykl Flinn barəsində istintaqın dayandırılmasını xahiş edib. Ağ Ev bu məlumatı təkzib edib.

Xatırladaq ki, Tramp Komini ötən həftə vəzifəsindən azad edib. Prezident qərarını onun səlahiyyətləri yerinə yetirə bilməməsi ilə əlaqələndirib. Komi Trampın əleyhinə yönələn "Rusiya əlaqələri”nə dair işin istintaqı ilə məşğul olub. Ağ Ev və Kreml Trampın Rusiya ilə əlaqəli olmasını inkar edir.

Qeyd edək ki, Hillari Klinton Komini prezident seçkiləri zamanı səsverməyə 10 gün qalmış onun barəsində təsdiqlənməmiş məlumat yaymaqda ittiham edib.

Klintonun iddiasına əsasən, yeni istintaqın aparılmasına dair təsdiqlənməmiş məlumatı yaymaqla, Komi onun seçkilərdə məğlub olmasını təmin etmiş oldur.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar