Xəbər lenti
Rusiya bilməlidir ki, Bakının səbri sonsuz deyil
Qarabağda separatizmin, eyni zamanda təxribatların artmasında maraqlı olan həm Rusiya, həm də bir sıra Qərb ölkələridir. Vaxt azalır və Rusiya 2025-ci ildən sonra da burada qalmaq istəyir. Qərb Rusiyanı Cənubi Qafqazdan çıxarmaq niyyətindədir.
Manevr.az xəbər verir ki, bu sözləri axar.az-a son vaxtlar rus sülhməramlıların müvəqqəti məsuliyyət bölgəsindəki separatçıların revanşist çağırışları, eyni zamanda artan təxribatları haqqında danışan Türkiyənin Sütçü İmam Universitetinin Siyasi elmlər və beynəlxalq münasibətlər kafedrasının müdiri, professor Toğrul İsmayıl deyib.
Professor Rusiyanın atdığı addımlarla özünə əlavə problemlər yaratdığını qeyd edib:
“Biz son dövrdə Rusiya Müdafiə və Xarici İşlər nazirliklərinin tərəfdaşlığa zidd olan açıqlamalar verdiyini də görürük. Qarabağ Azərbaycan ərazisidir, ona görə də Rusiyanın burada qalmaq üçün separatizmi körükləməsi doğru addım deyil. Azərbaycan istəmədikdən sonra onlar Qarabağdan çıxmağa məcburdurlar. Çünki ortada imzalanmış 10 noyabr bəyanatı var. Eyni zamanda orada Avropa və ABŞ-dakı güclərin təzyiqi ilə separatçıların rus sülhməramlıları təhqir etməsi, onların yolunu kəsməsi kimi halların da çoxaldığı müşahidə olunur. Səbəb və məqsəd isə aydındır. Əgər Rusiya 10 noyabr bəyanatından irəli gələn öhdəliklərini yerinə yetirsə və Azərbaycanla bu istiqamətdə normal münasibətlər quraraq hörmətsizlik etməsəydi, onlar üçün belə utancverici hallar baş verməzdi. Baxın, Ermənistan Rusiya ilə müttəfiq ola-ola Qərblə ona qarşı müxtəlif sövdələşmələrə gedir, Azərbaycan isə daha səbirli davranır. Lakin qarşılığında Rusiya ölkəmizə qarşı atdığı addımlara son qoymur. Bütün bunlarla Moskva öz əli ilə özünə əlavə problemlər yaradır. Çünki oradakı separatçıların rus sülhməramlılarından xəbərsiz şəkildə hansısa təxribat törətməsi mümkün deyil. Ancaq bütün tərəflər Azərbaycan dövlətinin səbrinin bir sərhədi olduğunu bilməlidir”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar