Xəbər lenti
İrəvan razılaşmanı pozur: Bakı bu xəritəni masaya gətirə bilər
Ermənistan XİN rəhbəri Mirzoyan son 6 gündə Litva, İspaniya, Bolqarıstan, Yunanıstan, Malta, BƏƏ, ABŞ, Makedoniya, Kipr, İrlandiya, Macarıstan, Latviya, Belçika və Xorvatiyanın xarici işlər nazirlərinə zəng edərək Azərbaycanı şikayət edib. Qarabağda humanitar böhran iddiaları ətrafında beynəlxalq ictimaiyyətdən dəstək toplamaq mahiyyəti daşıyan bu addım həm də sülh prosesini zədələyir. Rəsmi Bakı Ermənistanın destruktiv mövqeyini əsas götürərək hazırkı mərhələyə qədər razılaşdığı bir çox məsələdə geri addım ata bilər.
Maraqlıdır, Bakı belə bir addım atarsa, bu nə ilə nəticələnə bilər?
Ümumiyyətlə, Azərbaycan Ermənistanın hazırkı mövqeyini əsas gətirərək demarkasiya-delimitasiyanı 1920-ci il xəritələrinə uyğun aparılmasını istəyə bilərmi?
Zaur Məmmədov
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Zaur Məmmədov deyib ki, A.Mirzoyan Paşinyanla birlikdə danışıqları sıfırlamaqla məşğuldur:
“Bu gedişat ermənilərə baha başa gələcək. Blinkenin Azərbaycandan vaxt istəməsi fonunda Ermənistanın apardığı siyasət danışıqlar masasında kimin qeyri-səmimi olduğunu açıq-aşkar göstərir.
Rəsmi Bakı İrəvanın bu mövqeyini əsas götürərək demarkasiya-delimitasiyanın 1920-ci il xəritələrinə uyğun aparılmasını tələb edə bilər. Yeri gəlmişkən, son hadisələrdə Ermənistandan çox, erməni diasporu fəallıq nümayiş etdirir, Qərbin ayrı-ayrı blogerləri, jurnalistləri, hüquq müdafiəçilərinin yazıları dərc edilir. Lakin erməni diasporu bilməlidir ki, onların apardığı siyasət Ermənistanın qondarma dövlətçiliyini sual altına qoyur”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar