Xəbər lenti
Regionda nüvə təhdidi: Blef, yaxud real təhlükə?
“Beynəlxalq silah yarışması fonunda kütləvi qırğın silahlarından istifadə riskləri artır”.
Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Beynəlxalq Təhlükəsizlik üzrə XI Moskva Konfransının açılışında çıxışı zamanı deyib.
O bildirib ki, Belarusda taktiki nüvə silahlarının yerləşdirilməsi Şərqi Avropanın sürətlə hərbiləşdirilməsinə, ABŞ və NATO-nun hərbi fəallığının artmasına adekvat cavabdır.
Lukaşenkonun sözlərinə görə, hazırda silahlara nəzarət sahəsində beynəlxalq hüquq da artıq gücdən düşür.
Maraqlıdır, Rusiya Ukrayna münaqişəsində məğlub olarsa, o zaman taktiki nüvə silahından istifadə ehtimalı nə qədərdir?
Məsələ ilə bağlı politoloq Zərdüşt Əlizadə Cebhe.info-ya açıqlamasında qeyd edib ki, Vladimir Putindən istənilən hərəkət gözləniləndir:
“Bildirim ki, Rusiyanın dövlət rəhbəri Vladimir Putin sadəcə ağılsız bir addım atıb. Buna görə də bu insan mümkün olan hər cür riskli addıma əl ata bilər. Bu insanı heç bir hüquqi və maneə durdura bilməz. Putin Ukraynada taktiki nüvə silahından istifadə etməsi mümkündür, bu istisna edilmir.
O ki qaldı beynəlxalq ictimaiyyətin bu məsələyə reaksiyasına, ən azı Putin olan-qalan hörmətini də itirəcək. Nüvə silahından istifadə Rusiyanı tam təcrid vəziyyətinə salacaq. Bütün dünya Rusiyaya qarşı ən sərt qadağalar tətbiq edəcək”.
Politoloq Natiq Miri isə hesab edir ki, Moskvanın taktiki nüvə silahına əl atması inandırıcı görünmür:
“Bu o qədər də sıradan bir məsələ deyil. Çünki hər bir addımın qarşılığı var. Bu məsələdə Rusiyanın hərbi-siyasi rəhbərliyinə ciddi xəbərdarlıq edilib. Hətta NATO-ya üzv olan ölkələrin hərbi birləşmələri arasında qarşılıqlı olaraq nüvə zərbəsinin qarşısının alınmasına yönələn təlimlər həyata keçirilir. Bunu Moskva çox yaxşı bilir.
Taktiki nüvə silahı ilə dünyanı hədələyən Rusiya eyni zərbənin qarşılıqlı olacağını da hesablamalıdır. Ayrıcı bu məsələ bir nəfərin qərarından da asılı deyil. Rusiyada bu məsələyə müəyyən dairələr də razılığını verməlidir.
Bundan başqa, Rusiyanın dövlət rəhbəri, Vladimir Putinin səhhətində yaşayan ciddi problemlər, dünya səviyyəsində nüfuzdan düşməsi və BMT-nin Beynəlxalq Cinayət Məhkəməsinin onun həbsi ilə bağlı qərar verməsi kimi bir çox məqamları nəzərdən keçirsək hesab etmək olar ki, Rusiyanın hərbi-siyasi elitasında batan bir gəmidə Putinlə bərabər batmaq istəməyən xeyli insan var.
İstər Lukaşenko, istər də Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyevin simasında buna oxşar hədələr dəfələrlə səsləndirilib. Onların hədələri dünya səviyyəsində ciddi qəbul olunmur. Buna görə də Lukaşenkonun bu bəyanatı adi açıqlamadan başqa bir şey deyil. Əgər Rusiya Ukraynada taktiki nüvə silahından istifadə edərsə, Moskvaya qarşı çox ciddi advekat cavab tədbirləri görüləcək”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar