Sizin Reklam Burada
Xəbər lenti
22-12-2024
BÜTÜN XƏBƏRLƏR

FETÖ-çü şəbəkə, oyuncaq müxalifət və yatmış hücrələr(xaşxaşilər)

Tarix: 14-08-2023 18:19     Baxış: 3295 A- / A+
FETÖ-çü şəbəkə, oyuncaq müxalifət və yatmış hücrələr(xaşxaşilər)
 
Son günlərdə Laçın sərhəd buraxılış məntəqəsində Azərbaycan dövlətinin qətiyyətli mövqeyi və xarici siyasətdə uğurlar bir çox xarici daxili düşmənlərinin yuxusuna haram qatmışdır. Müxtəlif istiqamətlərdə təxribatçı kombinasiyaların qurulmasının şahidi oluruq. İlk növbədə qeyd edim ki, Azərbaycanın Qarabağda yaşayan erməniləri blokadada saxlaması, etnik təmizliyə hazırlaşması təbliğatının aparılması, Qubad İbadoğlunun konkret cinayət işi ilə bağlı həbs olunması ilə yanaşı xaricdə söyüş müxalifəti ilə Arif Şahmarlı və Cəmil Həsənlinin aktivləşməsi, provakasiyon çıxışların dozasının artırılması çirkin təbliğat zəncirlərinin bir halqasıdır.
Bu prosesdə FETÖ nün da iştirakının ifşası, bu tablonun pərdə arxasındakı rənglərin daha da aydınlaşması baxımından çox önəmlidir. FETÖ nün gizli və qılafa bürünmüş bir virus kimi Azərbaycan ictimai-siyasi həyatına soxulmağa çalışması uzunmüddətli bir projedir.
Radikal və dağıdıcı müxalifətlə konspirativ əlaqələr, zamanında təhsil adı altında perespektivli və maddi imkanları normal olan gənclərə, onların ailələrinə nüfüz etmək siyasəti, vaxtı gələndə siyasi arenada bu faktorlardan istifadə üçün nəzərdə tutulmuşdur.
FETÖ nün ən çox aktiv olduğu sahələrdən biri də  elmi çevrələrə yavaş yavaş sızmaq, müxtəlif tədbirlər, elmə dəstək adı altında ölkə daxilində potensial kadrları xaricdə müxtəlif təhsil proqramlarına cəlb edərək onları "verbovka” etməkdir.
Mən düşünürəm ki, Azərbaycanın bu günü və sabahı üçün təhlükə olacaq maskalanmış QHT-çilik və FETÖ çülüklə ciddi mübarizə aparılmalıdır. Bu zaman hansısa proseslər aşkar edildikdən sonra deyil, profilaktik mübarizə və ideoloji mübarizə də aparılmalıdır. Çünki bu beyni yuyulmuş robot insanlar öz mürşidlərinin hər bir əmrlərini yerinə yetirəcək qədər ovsunlaşmışlar. Bu fikirləri söylərkən çox qədim bir rəvayəti xatırlamaq yerinə düşər:
Hasan Sabbahın rəhbərliyi altında olan xaşxaşilər Şərqin aslanı adını alan Səlahəddin Əyyubinin sarayına sızırlar. Hətta bir dəfə yatdığı yastıgın yanına xəncər sancılmış halda sultana mesaj göndərirlər. Amma buna baxmayaraq sultan bu radikal dini təşkilatla mübarizəni davam etdirir. 
Bütün bunlar hələ lap qədim zamanlardan dini sektaçılığın dövlət quruculuğunda nə qədər təhlükəli nəticələrə gətirib çıxaracağının bir göstəricisidir.
Lakin bir mühüm nüansı qeyd etmək vacibdir. Azərbaycan güclü dövlətdir. Müstəqil dövlətimizin əsas sütunu olan hüquq mühafizə orqanları indiyədək əməli fəaliyyəti nəticəsində dövlətimizə yönəlik bütün təxribat və çirkin oyunlar qətiyyətlə qarşısı alınmışdır, bundan sonra da bu fəaliyyət daha sərt və kəskin şəkildə davam edəcəkdir.

Müşfiq Məmmədli
Milli Məclisin deputatı

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar