Xəbər lenti
Qərbi Azərbaycan İcması bəyanat yaydı

İcmadan Manevr.az-a daxil olan bəyanatda bildirilib ki, 30 il ərzində işğal, etnik təmizləmə, yüz minlərlə azərbaycanlının dədə-baba yurdlarından qovulması, “məğlubedilməz erməni ordusu” ilə qürrələnən erməni siyasətçilərin, diplomatların Vətən müharibəsindən sonra “timsah göz yaşları” axıtması istehza doğurur.
“E.Marukyana xatırladırıq ki, məhz onun ölkəsi 30 il ərzində BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymayıb, hətta sanki “belə qətnamələr mövcud olmayıb” yanaşmasından çıxış edib. İndi Ermənistanın və E.Marukyanın Təhlükəsizlik Şurasının mərhəmətinə bel bağlaması riyakarlıqdan başqa bir şey deyildir.
Qərbi Azərbaycan İcması E.Marukyana xatırladır ki, o, başqa ölkənin suverenliyini, ərazi bütövlüyünü hədəf alan, danışıqlar prosesini dağıdan açıqlamalar verməməli, əksinə, öz ölkəsinə aid məsələlərlə məşğul olmalı və bu xüsusda, rəsmi İrəvanı qərbi azərbaycanlıların Ermənistana qayıdışı üçün İcma ilə dialoqa təşviq etməlidir”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar