Sizin Reklam Burada
Xəbər lenti
22-12-2024
BÜTÜN XƏBƏRLƏR

Öncə pasport, sonra bazar: Ermənilər Bakının təklifini qəbul etməli olacaqlar

Tarix: 11-08-2023 15:49     Baxış: 3229 A- / A+

Öncə pasport, sonra bazar: Ermənilər Bakının təklifini qəbul etməli olacaqlar


Qarabağdakı erməni separatçılarının nümayəndəsi, qondarma rejimin sabiq “müdafiə naziri” Samvel Babayan Azərbaycan məxsus humanitar yüklərin Ağdam-Xankəndi yolu ilə daşınmasını təklif edib.
O bildirib ki, bu məqsədlə Əsgəran və Ağdam rayonlarının sərhədində öz dispetçerləri, maliyyəsi və digər əlaqələri olan böyük bir bazar yaratmaq olar.
“Onlar zəng edərək Azərbaycan şirkətləri ilə əlaqə qurur, müəyyən mal sifariş verir, gətirib anbara yığır, müvafiq laborator yoxlama keçirir, bundan sonra topdansatışla məşğul olanlar gedib o bazardan mal götürür, mağazalara verir, dükanlar da işləyir. İlk mərhələdə mən belə görürəm”,- deyə Babayan BBC-yə müsahibəsində  deyib. Onun sözlərinə görə, belə bazarın və topdansatış mərkəzlərinin yaradılması erməni sakinlərin təhlükəsizliyinə də şərait yarada bilər. Samvel Babayanın qeyd edilən açıqlaması separatçıların humanitar yüklərin daşınmasına dair rəsmi Bakının təklifi ilə razılaşması kimi də başa düşülə bilər. Çünki həm uydurma rejimin rəhbərliyi, həm də erməni sakinlər Azərbaycanın razılığı olmadan Ermənistan ərazisindən ərzaq və qeyri-ərzaq məhsullarının Xankəndinə daşınmayacağını artıq anlamağa başlayıb. Bu baxımdan, S.Babayanın açıqlaması separatçıların vəziyyətlə barışdığını göstərir. Sadəcə, ermənilər yüklərin Ağdam-Xankəndi marşrutu üzrə daşınması üçün mexanizmlərin müəyyənləşməsini istəyirlər. Bura logistik mərkəzin, tədarük məntəqələrinin yaradılması, alqı-satqı əməliyyatlarının həyata keçirilməsi üçün ödəniş sisteminin təşkili daxildir. 
Manevr.az-ın xəbərinə görə, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Cebhe.info-ya açıqlamasında bildirib ki, Ağdamda humanitar yardımların daşınması üçün bazarın və ya topdansatış ticarət mərkəzinin yaradılması mümkündür. Lakin cinayətkar rejimin rəhbərliyi sadə erməni sakinləri hədələyərək bu yardımları qəbul etməkdən çəkindirir. Ona görə də politoloq hesab edir ki, Azərbaycan Ağdam-Xankəndi yolunu açmaq üçün ilk növbədə separatçı rejimi və qanunsuz silahlı birləşmələri zərərsizləşdirməlidir:

“Mənim uşaqlıq illərim Ağdamda keçib. Mən yaxşı xatırlayıram, Ağdamda böyük bazar var idi. Xankəndidə, ətraf rayonlarda yaşayan ermənilər gəlib həmin bazardan lazım olan mal və məhsulları alırdılar. Xankəndidə yaşayan ermənilər hətta Şuşa bazarında da alver edirdilər. İndi də Azərbaycan hökuməti təklif edir ki, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlığını qəbul etsinlər və bütün bu məsələlər həllini tapacaq. Hazırda Ermənistandan göndərilən yüklər Azərbaycan sərhədində  qalıb. Biz isə təklif edirik ki, humanitar yüklər Ağdam-Xankəndi yolu ilə çatdırılsın. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımır, sülh sazişi imzalamır, ticarət-gömrük razılaşmaları yoxdur, yüklər laborator analizdən keçmir. Ona görə də ən əlverişli yol Azərbaycan qanunlarını qəbul edib, reinteqrasiya prosesini sürətləndirib Ağdamda və ya digər yaşayış məntəqəsində ticarət mərkəzinin qurulmasıdır. Alqı-satqı əməliyyatlarının hansı valyuta ilə aparılmasına aydınlıq gətirilməsi, Qarabağın ermənilər yaşayan hissəsində Azərbaycan manatının tətbiqi üçün onlar reinteqrasiya prosesinə müsbət cavab verməlidir”. 
Ancaq problem ondadır ki, erməni separatçıları bu təklifi nəinki rədd edir, başqa ermənilərə də Azərbaycanın təşəbbüsünü dəstəkləməyə mane olur:
“Ona görə də gəncləri öyrədib Ağdam-Əsgəran yoluna daşları düzdülər ki, bu proses baş tutmasın. Mən inanmıram ki, əli silahlı separatçılar reinteqrasiyaya razılaşsın. Bizim əsas hədəfimiz orada yaşayan erməniləri terrorçulardan təmizləməkdir ki, onlar rahat şəkildə öz mövqelərini bildirib, Azərbaycanla reinteqrasiya prosesinə başlaya bilsinlər. Amma müsbət istiqamətdə müəyyən səslər də eşidilir. Azərbaycan nümayəndə heyəti ilə erməni icmasının təmsilçiləri arasında dialoqun Yevlax şəhərində davam etdiriləcəyi barədə təkliflər də var idi. Lakin bu məsələ baş tutmadı. Yəni ermənilər hər şeydən imtina edir, sonra da özlərinin “blokada”ya düşdüklərini iddia edirlər. Azərbaycan da gərək alternativ təkliflərini beynəlxalq aləmdə daha gur səsləndirsin. Erməni lobbisi Azərbaycana qarşı müxtəlif kampaniyalar həyata keçirir. Azərbaycan əleyhinə yazılan məqalələrin sayı artıb. Prezidentin köməkçisi bunların bir qismini cavablandırır. Bəs bizim xarici ölkələrdəki səfirliklərimiz nə iş görür? Onlar da fəaliyyət göstərdikləri ölkələrdə təbliğat işi aparmalıdır. Biz gərək haqlı olduğumuzu dünyaya sübut edək”. 

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar