Sizin Reklam Burada
Xəbər lenti
22-12-2024
BÜTÜN XƏBƏRLƏR

Tehran səfirliyə hücumun araşdırılmasını buna görə ləngidir

Tarix: 10-08-2023 08:30     Baxış: 3344 A- / A+


Tehranla münasibətlərinin uzun müddət gərgin olduğu Səudiyyə Ərəbistanı İrandakı səfirliyinin fəaliyyətini bərpa edib. Tehran Azərbaycanın da İrandakı səfirliyinin fəaliyyətinin bərpasını istəyir və bu məqsədlə Bakıya göndərdiyi heyətlərin sayını artırıb.
Manevr.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
Politoloq ötən gün İranın Baş prokurorunun təhlükəsizlik və siyasi məsələlər üzrə müavini Mehdi Əmiri İsfahaninin böyük heyətlə Azərbaycana səfər etdiyini xatırladıb:
“Bakıdakı görüşdə bu ilin yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilmiş terror aktı ilə əlaqədar müzakirə aparılıb. Rəsmi Bakı da Azərbaycanın İrandakı səfirliyinin fəaliyyətə başlamasını istəyir. Bunun üçün Azərbaycan səfirliyinə edilən hücumun araşdırılması başa çatmalı, cinayəti həyata keçirən və planlaşdıranlar cəzalarını almalıdırlar. Ancaq bunların heç biri olmayıb. Tehran Azərbaycan səfirliyinin qısa müddətdə açılmasını istəyirsə, cinayətlə bağlı araşdırmanı yekunlaşdırmalı və məhkəmə prosesi keçirməlidir. Bu proses ləngiyir. Əgər səfirliyə hücum bir nəfərin cinayəti ilə əlaqəli olsaydı, məsələ tez həll olunar və Tehran məhkəmə işini ləngitməzdi. Görünür, məsələ ona görə ləngiyir ki, cinayətin arxasında başqa qüvvələr var və həmin qüvvələr cinayətin ədalətli şəkildə araşdırılmasının əleyhinədirlər. Onlar bu hərəkətləriylə İran-Azərbaycan münasibətlərini gərginlikdə saxlayırlar”.axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar