Xəbər lenti
Xankəndiyə görə Bakı “vuruldu”, “mərmi” hədəfdən yayındı
“Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş ittihamçısı Luis Okamponun “ekspert rəyi”ni oxudum. Ermənilərin sifarişi ilə yazılsa da, erməniləri yaxşıca yola verib”.
Manevr.az xəbər verir ki, bu sözləri deputat Erkin Qədirli deyib.
Onun sözlərinə görə, Okampo təcrübəli ittihamçıdır, Argetinada hərbi xuntanın cinayətlərini araşdırmaqla, onları məhkəmədə ittiham etməklə nüfuz qazanıb:
“Daha sonra 9 il ərzində Beynəlxalq Cinayət Məhkəməsinin ilk ittihamçısı olub (2003-2012). İnanıram ki, o, Qarabağda baş verənlərin soyqırımı olmadığını yaxşı anlayır və bunu ermənilərə öncədən açıq deyə bilərdi. Bununla belə, sifarişi qəbul edib və yolaverdi bir rəy yazıb. Hüquqşünas olduğuma görə bunu aydın görə bilirəm. Rəydə yolavermənin əlamətləri:
- Emosional şantaja yol verilib, Qarabağda baş verənlər 1915-ci il hadisələri, İkinci Dünya müharibəsi dönəmində Leninqradın blokadası, Kambocada Qırmızı Kxmerlərin törətdikləri qırxınlar, Srebrenitsa soyqırımı ilə müqayisə edilib.
- Beynəlxalq Ədalət Məhkəməsinin aralıq tədbirlə bağlı qərarları yanlış yozulub.
- Laçın yolu açılmasa, Qarabağdakı ermənilər bir neçə həftəyə öləcəklər.
- ABŞ və AB istəsələr, tezliklə bu məsələni həll edə bilərlər.
- Azərbaycan Beynəlxalq Cinayət Məhkəməsinin üzvü deyil, onun yurisdiksiyasını da tanımır”.
“Bütün bunları Okampo rəyinə yazıb. Okampo yaxşı anlayır ki, bunlar baş tutası iş deyil. Sadəcə, gerçəkləşmə ehtimalı olmayan ümidlərdən qopa bilməyən ermənilərə daha bir boş ümid verib. Ermənilərsə hələ də doğru yola gəlmək istəmədiklərindən başqaları tərəfindən yola verilirlər. Bu dəfə də elə oldu”.Globalinfo.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar