Sizin Reklam Burada
Xəbər lenti
23-12-2024
22-12-2024
BÜTÜN XƏBƏRLƏR

Arutyunyanın əli bu ölkələrdən üzüldü: son çarəyə əl atdı

Tarix: 09-08-2023 09:10     Baxış: 3209 A- / A+



Qarabağ separatçılarının lideri Araik Arutyunyan Ermənistandan, Rusiyadan və Qərbdən əlini üzdükdən sonra erməni lobbisinə müraciət edib. “Bizi xilas edin” səpkili açıqlama yayımlayan Arutyunyanın erməni lobbisindən tələbi odur ki, yaşadıqları ölkələrin hökumətlərinin Azərbaycana təzyiq etmələrinə, o cümlədən Laçın yolunun “açılmasına” nail olsunlar.
Manevr.az xəbər verir ki, bu barədə Elxan Şahinoğlu qeyd edib.
Politoloq bildirib ki, erməni lobbisi bu müraciət olmadan da Azərbaycana qarşı fəaliyyətinə ara verməmişdi:
“Belə ki, erməni lobbisi ilə sıx əlaqəli olan amerikalı konqresmen Adam Şiff Feysbuk səhifəsində Ağ Evi “artsaxın müstəqlliyinin tanınmasına” yönəlik çağırış edib. A.Şiff birinci dəfə deyil ki, sərsəm bəyanatlar verir. Ancaq ermənipərəst konqresmenlər bəyanatlarla kifayətlənməyərək Ermənistana təmsilçilərini də göndəriblər. ABŞ Senatının Beynəlxalq Əlaqələr Komitəsinin aparat işçiləri Sara Arkin və Damian Mörfi Qərbi Zəngəzurda görüşlər keçiriblər. Bu təxribatın başında da senator Robert Menendez dayanır.
Bizim üçün önəmli olan ABŞ-ın dövlət strukturlarının mövqeyidir. Bu strukturlar Azərbaycanla strateji tərəfdaşlığı dəstəkləyirlər. Buna baxmayaraq, ermənipərəst konqresmenlər suyu bulandırmağa çalışacaqlar. Görəsən, nə vaxtsa heç olmasa bir konqresmenin və ya senatorun Azərbaycanın ərazi bütövlüyünün təminatının vacibliyi ilə bağlı açıqlamasını eşidəcəyik? Bu sual həm də ABŞ-dakı səfirliyimizə və bu ölkədəki diaspor təmsilçilərimizə aiddir”.axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar