Sizin Reklam Burada
Xəbər lenti
22-12-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənistan nə istəyir: Sülh, yoxsa müharibə? - Bakı cavab gözləyir

Tarix: 02-08-2023 15:18     Baxış: 3410 A- / A+

Ermənistan nə istəyir: Sülh, yoxsa müharibə? - Bakı cavab gözləyir


Ötən gün “Euronews” kanalına müsahibə verən Azərbaycan Prezidenti İlham Əliyev bir sıra önəmli məqamlara toxunub. Dövlət başçısı bildirib ki, Ermənistan konstruktiv mövqe tutsa, ilin sonuna qədər sülh müqaviləsi imzalana bilər.
 
"İkinci Qarabağ müharibəsi nəticəsində Ermənistanın imzaladığı sənəddə onun öhdəliyi var ki, bizim Naxçıvan kimi eksklavımıza çıxışımız olsun. Lakin bu, hələ də baş vermir. Beləliklə, sülh sazişinin əsas bəndləri nazirlər tərəfindən tərtib edilir. Bizim görüş isə hesab edirəm ki, yaxşı mühit yaradır. Lakin əgər biz Ermənistan tərəfindən konstruktiv yanaşma görsək və ən vacibi isə əgər onlar ərazi bütövlüyümüzü mübahisələndirən bütün iddialarını kənara qoysalar, onda biz tezliklə sülh variantını tapa bilərik. Bəlkə ilin sonunadək", - Prezident İlham Əliyev deyib.
 
İndiyədək sülh müqaviləsi ilə bağlı Ermənistan və Azərbaycan arasında müxtəlif səviyyələrdə görüşlər keçirilib. Artıq 3 ilə yaxındır davam edən danışıqlarda real nəticə əldə etmək mümkün olmayıb. Buna səbəb Ermənistanın destruktiv mövqe sərgiləməsidir. İndiki qeyri-müəyyən vəziyyətin nə qədər davam edəcəyi məlum deyil. 
 
Sülh müqaviləsi niyə gecikir? Ermənistanın prosesi gecikdirməsi nədən xəbər verir?
 
Mövzu ilə bağlı Modern.az-a danışan deputat Azər Badamov söyləyib ki, Ermənistan sülhə yaxınlaşmaq istəmir.

“Azərbaycan 44 günlük Vətən müharibəsində torpaqlarını erməni işğalından azad edib və müharibənin başa çatdığını bəyan edib. Ona görə də qarşı tərəfə post-müharibə dövrünün reallığına uyğun olaraq sülh əlimizi uzatdıq və beynəlxalq normalara əsaslanmış sülh gündəliyinin əsasını təşkil edən 5 baza prinsipini Ermənistana təqdim etdik. Azərbaycan sülh olmasını və bütün məsələlərin danışıqlar masasında həll edilməsini istəyir. Prezident İlham Əliyev “Euronews” kanalına müsahibəsində Azərbaycanın sülh olmasını istəməsi ilə bağlı mövqeyini bir daha diqqətə çatdırdı. Amma çox təəssüf ki, Ermənistan sülhə yaxınlaşmaq istəmir və mütəmadi təxribatlara əl atmaqla sülhün yaranmasına xidmət edən danışıqların nəticələrini kölgə altına salmağa çalışır”, - deyə parlamentari bildirib.
 

 
Azər Badamov vurğulayıb ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü şifahi olaraq tanıdığını bəyan etsə də, ölkəmizin daxili işlərinə qarışmağa davam edir:
 
“Ermənistan Azərbaycanla razılaşdırılmadan “Spayk” şirkətinin avtomobil karvanını Laçın sərhəd keçid-məntəqəsinin qarşısındakı yola yığıb, 10 minə yaxın silahlını ərazilərimizdən çıxamır, ərazilərimizdə pilotsuz uçuş aparatları uçurdaraq məlumatlar yığmağa çalışır, sərhədin qeyri-qanuni keçilməsinə şərait yaradır. Belə halları sadalamaqla qurtarmaq olmur. Bütün bunlar Ermənistanın sülh istəmədiyini və özlərinin çirkin niyyətlərindən hələ də əl çəkmək istəmədiyini göstərir. Çox təəssüf ki, Ermənistan sülhə alternativ olmadığını qəbul etmək istəmir. Sülh istəməyib nəyə ümidli olduğunu heç özləri də bilmirlər. Ermənistanın bu hərəkətlərinin ölkənin gələcəyini müəyyənləşdirə bilən bir liderin olmamasından irəli gəldiyini hesab edirəm. Liderlər iradəli olmalı və xalqın gələcəyinə sabitlik və inkişaf gətirən qətiyyətli qərarlar qəbul etməyi bacarmalıdırlar. Ermənistan cəmiyyəti bundan uzaqdır”. 

Deputat Aydın Mirzəzadənin fikrincə, Ermənistan sözdə populizm nümayiş etdirərək sülh istədiklərini bəyan edir, lakin reallıq isə fəqlidir.

“Prezident İlham Əliyevin müsahibələri hər zaman beynəlxalq ictimaiyyətin diqqətini cəlb edir. Çünki ölkə başçısı real danışır, bölgədə sülhün, stabilliyin olması üçün öz praqmatiq fikirlərini ortaya qoyur. Azərbaycan növbəti dəfə qonşu Ermənistanla sülh müqaviləsi imzalamaq istədiyini ortaya qoydu. Prezident qeyd etdi ki, digər vətəndaşlarımıza verilən hüquq və azadlıqlar kimi Azərbaycanda yaşayan azsaylı erməni xalqına da qeyd olunan haqlar veriləcək. Prinsipcə, Azərbaycanın bütün vətəndaşlarına eyni münasibəti göstərməsi hər kəs üçün gün kimi aydın bir məsələdir. Lakin Azərbaycan Prezidentinin bu cür sivil münasibətinə baxmayaraq, Ermənistandan buna qarşılıq görmürük. Sözdə populizmə yol verərək, Azərbaycanla sülh istədiklərini söyləyirlər. Əslində isə ölkəmizin daxili işinə qarışıb, Azərbaycanın sərhəd bütövlüyünü tanımaq istəmirlər”, - deputat qeyd edib.
 

 
A.Mirzəzadə əlavə edib ki, Ermənistanın atdığı addımlar başadüşülən deyil:
 
“Azərbaycanla razılaşmadan onun ərazisinə 19 böyük yük maşını göndərmək məhz Ermənistanın ölkəmizin suverenliyinə barmaqarası baxdığını göstərir. Ermənistanın istədiyi vəziyyəti əvvəlki halına qaytarmaqdır. Ancaq onların buna nə gücü, nə bacarığı, nə də insan resursları çatacaq. Ermənistanda yüz illərlə formalaşmış özünü başqa xalqlardan üstün tutma fikri hələ də beyinlərindən çıxmır. Onlara elə gəlir ki, sehrli bir çubuq vəziyyəti 27 sentyabr 2020-ci ildən geriyə qaytaracaq. Amma ermənilər anlamalıdır ki, o dövr artıq keçdi. Azərbaycan artıq güclənmiş, dünya siyasətində sözünü deyən və suveren haqqını qorumağı bacaran bir dövlətdir. Ermənistanın isə törətdiyi bütün təxribatların qarşısı bundan sonra da alınacaq”.
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar