Xəbər lenti
Xankəndidə bu adla işləyən politoloq: "Xaçatryanı tanıyırdım..." – Şok faktlar
O qeyd edib ki, həmin dövrdə Xocalının Meşəli kəndi siyahıya belə salınmamışdı:
“Bu kəndi Alış müəllim böyük çətinliklərlə siyahıya saldırıb, qoruyub. Çünki Meşəli kəndinin sakinlərinin çoxusu Laçından köçüb gəlmişdilər. Kəndin çox gözəl təbiəti, mənzərəsi var idi. Qarabağ Komitəsinin xətti ilə həmin vaxt Meşəlidə məktəb binası və digər zəruri infrastruktur yaradılmışdı. Bütün bunlarla yanaşı orada ermənilərin bir neçə istiqamətdə terror dəstələri fəaliyyət göstərirdi. Vaqif Xaçatryan da onların birində idi. Yezidi kürdü olan Vaqif Xaçatryanın təmsil olunduğu dəstə ermənilərə daha çox yarınmaq üçün azərbaycanlılara qarşı olduqca amansız olub. Daşnaksütun, Suriyadan gəlmiş ASALA terror qrupu, Qnçakın dəstəsi xüsusi amansılığı ilə seçilirdi. Həmin vaxt bu terror qrupları Cəmilliyə, Meşəliyə davamlı basqınlar edirdi”.
Politoloq bildirib ki, terrorçu mobil qrupların içərisində Vaqif Xaçaturyan daha aktivlik nümayiş etdirib:Cümşüd Nuriyev vurğulayıb ki, həmin vaxt bu erməni terror qrupları haqqında məlumatları Milli Qəhrəman Əlif Hacıyev toplayırdı:
“Əlif Hacıyev o vaxt Qarabağa Xalq Yardımı Komitəsində işləyirdi. Onu rəhmətlik Məhəmməd Əsədov polisə işə bərpa etmişdi. Məlumat əldə etmişdik ki, 29 nəfər azərbaycanlı satqınlıq edir. Kimlər xalqını sevirdisə onları ermənilərə satırdılar. O vaxt hamı elə bilirdi ki, Vaqif Xaçaturyan azərbaycanlıdır. Çünki o, Azərbaycan dilini yaxşı bilirdi. Vaqif Xaçatryan öz əzazilliyinə görə ad çıxarmış Monte Melkonyan və Amerikadan gələn Kaliforniya ermənilərinin dəstəsi kimi amansızlıq edirdi”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































