Xəbər lenti
SOCAR-ın yeni vitse-prezidentləri kimlərdir? - DOSYE
Manevr.az yeni vitse-prezidentlər haqqında məlumatları təqdim edir.
Arzu Sahib qızı Cavadova
A.Cavadova 1989-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasını “Geoloji-kəşfiyyat” ixtisası üzrə bitirərək, elmi araşdırmalarla məşğul olub, 1994-1995-ci illlərdə ABŞ-ın UNOCAL Təqdiqat Mərkəzində “Karbohidrogen sistemləri-analitik təhlil üsulları və geoloji kəşfiyyat”, 1995-1996-cı illərdə isə Mobil Tədqiqat Mərkəzində “Karbohidrogen sistemləri-axtarış və kəşfiyyat üsulları, hövzə modelləşdirilməsi” mövzusunda təlimlərdə, müvafiq tədqiqat işlərində aparıcı mütəxəssis kimi fəal iştirak edib.
1996-cı ildə SOCAR-ın Azərİnformatika İdarəsində mühəndis vəzifəsində əmək fəaliyyətini davam etdirən A.Cavadova 1998-ci ildən şirkətin Dənizdə neft və qazçıxarma İB-nin Mərkəzi laboratoriyasında qrup rəhbəri vəzifəsində çalışıb, 1999-cu ildən 2007-ci ilə qədər ABŞ-ın "Frontera Resourses" şirkətində baş geoloq, "Salyan OYL" şirkətində işlənmə üzrə geoloq, "Delta Hess (ACG) Ltd." şirkətində geologiya üzrə Baş mütəxəssis vəzifələrində çalışıb, 2007-ci ildən BP şirkətində baş geoloji-kəşfiyyat işləri üzrə qrup rəhbəri, geoloji-kəşfiyyat üzrə menecer, karbohidrogen sistemləri üzrə baş mütəxəssis, baş geoloq, 2019-cu ildən geoloq olub.
2022-ci ildən yeni təyinata kimi SOCAR-in Baş geoloqu vəzifəsində işləyib. O, 2013-cü ildə ölkə prezidentinin sərəncamına əsasən, “Tərəqqi” medalı ilə təltif olunub.
A.Cavadova Azərbaycan Neftçi Geoloqlar Cəmiyyətinin sədridir, geologiya-mineralogiya elmləri namizədi, 2 ixtira və 35 elmi əsərin müəllifidir.
İsmayıl Fikrət oğlu Zərgərli
İ.Zərgərli "Dr. Shirin O. Entezari & Associates" şirkətində və "Ledingham Chalmers" şirkətinin Baki ofisində hüquqşünas vəzifəsində çalışıb. “OMNİ” hüquq şirkətinin rəhbəri olub.
Zərgərlinin fəaliyyət sahəsi daşınmaz əmlak, energetika, telekommunikasiya şirkətləri və əmək qanunvericiliyini əhatə edib. O, Azərbaycanda və Gürcüstanda neft boru kəmərlərinin tikilməsində, həmçinin Azərbaycanda müəyyən telekommunikasiya layihələrində iştirak edib. Eyni zamanda Türkmənistan və İran İslam Respublikası ilə bağlı layihələrə qatılıb. Azərbaycanda əsas boru kəmərlərinin tikintisi layihələri və özəlləşdirmə məsələləri üzrə məsləhətlərin verilməsində fəal iştirak edib.
O, daşınmaz əmlakın alqı-satqısı və icarəsi, yaşayış, həmçinin kommersiya və sənaye məqsədləri üçün tikililərlə bağlı bir çox hallarda məsləhət xidmətləri göstərib. Eyni zamanda beynəlxalq hüquq üzrə ali təhsilə malikdir.
Zərgərli Azərbaycanın əmək qanunvericiliyinə, həmçinin Azərbaycanda və Gürcüstanda işgüzar fəaliyyətin aparılmasına dair elmi məqalələrin müəllifidir. Azərbaycan, ingilis və rus dillərini yüksək səviyyədə bilir.
Ziba Tacəddin qızı Mustafayeva SOCAR prezidentinin müşaviri vəzifəsində çalışıb. O, daha öncə müxtəlif şirkətlərdə, eləcə də “Azercell”in İnsan Qaynaqları Departamentinin direktoru vəzifəsində işləyib.
Babək Elbəniz oğlu Hüseynov da bundan öncə SOCAR prezidentinin müşaviri olub.
Əfqan Elçin oğlu İsayev bir hissəsi SOCAR-a məxsus olan “Cənub Qaz Dəhlizi” QSC (CQD) QSC-nin baş direktoru vəzifəsində işləyib.
Anar Fərruh oğlu Məmmədov 1971-ci ildə Bakı şəhərində anadan olub.
İngiltərənin Neft Tədqiqatları Kollecində təhsil alıb, TRİUM Executive MBA proqramı üzrə magistr dərəcəsinə yiyələnib. 2015-ci ildə "Magistral tranzit neft və boru kəmərlərinin texniki və iqtisadi istismarı" mövzusunda doktorluq işini müvəffəqiyyətlə müdafiə edib.
O, bir sıra xarici şirkətlərdə müxtəlif yüksək vəzifələrdə işləyib. 2009-2014-cü illərdə "SOCAR Georgia Gaz" şirkətinin baş direktoru olub. "SOCAR Enegy Greece" şirkətinin Baş direktoru, daha sonra "Petkim Petrokimya Holding A.Ş"-nin Baş direktoru olub.
Fuad Bəkir oğlu Musayev bir sıra xarici şirkətlərdə fəaliyyət göstərib. Onun ixtisasca maliyyətçi olduğu bildirilir.Modern.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar