Xəbər lenti
Azərbaycan -Çin münasibətləri qarşılıqlı hörmət və dostluq üzərində qurulub - Deputat
"Azərbaycan və Çini birləşdirən qədim tarixi əlaqələr vardır ki, bu əlaqələr Azərbaycan müstəqilliyini bərpa edəndən sonra daha da inkişaf etməyə başlamışdır. 1990-cı illərin əvvəlində Azərbaycanda hökm sürən qarışıqlıq və xaos vəziyyətinə son qoyan Ulu öndər Heydər Əliyev Azərbaycanın dövlətçiliyini yenidən quraraq, ölkəni inkişaf yoluna yönləndirdi. Onun Çinə səfərləri və Çinin rəhbərləri ilə görüşləri əməkdaşlığımızın çərçivəsini yaratdı".
Manevr.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib.
Deputat bildirib ki, o vaxtlar dünyada Azərbaycan o qədər də tanınmırdı. Bu gün əməkdaşlığın gündəliyi 30 il əvvəlkindən daha genişdir. Bu münasibətlər qarşılıqlı hörmət və dostluq üzərində qurulub.
"Bu gün regionun siyasi, habelə nəqliyyat marşrutları xəritəsinə nəzər saldıqda görürük ki, ölkələrimiz bir-biri ilə nə dərəcədə eyni mövqedən çıxış edir. Azərbaycan və Çin arasında ikitərəfli əlaqələrin inkişafında yekdil siyasətimiz var;
COVID-19 başlayanda peyvəndlərin olmaması səbəbindən böyük çətinliklərlə üzləşəndə ölkəmizə yardım edən yeganə ölkə Çin oldu",- deputat vurğulayıb.
Siyasətçi bildirib ki, ölkəmizin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutları üzərində yerləşməsi Azərbaycana coğrafi üstünlük verir. O həmçinin qeyd edib ki, “Bir kəmər, bir yol” layihəsinə qoşularkən artıq hazır infrastruktura sahib olan Azərbaycanın dəniz ticarət limanının imkanlarını hazırda 25 milyon tona qədər çatdırmağı bacarmışıq.
"Qədim İpək Yolunda yerləşən ölkələrin xüsusiyyəti, oxşarlığı ondan ibarətdir ki, bu dövlətlərdə müxtəlif millətlər yaşayır və bu ölkələrə öz milli mədəniyyətləri ilə gözəllik qatırlar. Azərbaycan bu böyük dünya mədəniyyətinin bir parçası olması ilə qürur duyur",- deyə M.Məmmədli fikirlərini yekunlaşdırıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar