Sizin Reklam Burada
Xəbər lenti
07-02-2025
06-02-2025
BÜTÜN XƏBƏRLƏR

Qarabağda qanlı savaş gözlənir – Politoloq Rusiyanın addımları haqda mühüm detalları açdı

Tarix: 26-07-2023 17:28     Baxış: 3348 A- / A+

Xəbər verdiyimiz kimi, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova iyulun 25-də Moskvada xarici işlər nazirlərinin iştirakı ilə keçirilən üçtərəfli görüşü şərh edib. O, deyib ki, “Nə Brüsselin, nə də ABŞ-ın vasitəçiliyi Cənubi Qafqazda sülhlə nəticələnmədi”. Zaxarova sülh prosesinin uzanmasında NATO-nu günahlandırıb.
“Bu qüvvələr harada görünürlərsə, orada sabitliyi pozurlar. NATO ölkələrinin, xüsusilə ABŞ və Türkiyənin Cənubi Qafqaza böyük maraq göstərdiyini müşahidə edirik. Əminik ki, alyansın müdaxiləsi regionda sabitliyin pozulmasına səbəb olacaq və sülh müqaviləsinin imzalanmasını uzun müddətdə ləngidəcək” – Zaxarova deyib.
Manevr.az-ın xəbərinə görə, mövzu ilə bağlı a danışan Azad Demokratlar Partiyasının sədri (AzDP), təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbər deyib ki, Zaxarovanın şərhi Kremlin narahatlığının göstərir:
“Rusiya ABŞ-ın, Aİ-nin sülh təşəbbüsünü ələ almasından, NATO-nun Cənubi Qafqaza müdaxiləsindən, Türkiyənin aktivliyinin artmasından narahatdır.

Sülhəddin Əkbər
Rəsmi Moskva anlayır ki, proses bu tempdə davam etsə, Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi qısa zamanda imzalancaq. Bu baş versə Rusiyanın Cənubi Qafqazdakı varlığı təhlükəyə düşəcək.
Kreml buna görə bir müddətdir Brüssel və Vaşinqtona qapdırdığı sülh təşəbbüsünü geri qaytarmağa çalışır. Hesab edirəm bu proses yaxın zamanda Ermənistan ilə Azərbaycan arasında yeni qanlı savaşın başlamasına gətirib çıxara bilər.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar