Xəbər lenti
Əliyev Xocalıda mesaj verdi: “Torpağın sahibi gəldi”
Prezident İlham Əliyevin Xocalının Çanaqçı və Sığnaq kəndlərinə səfəri işğaldan azad edilmiş bölgələrə ziyarətindən fərqli idi: hansısa obyektin açılışı olmadı, məlumat qısa xəbər və görüntülərdən ibarət idi; belə demək mümkünsə, dövlət başçısı Xocalıya baş çəkdi.
Bu qısa görünən səfərin səbəblərini Qarabağda baş verən son proseslər fonunda axtaranda Əliyevin mesaj verdiyi aydın görünür:
- Rusiya sülhməramlı kontingentinin əsas qərargahı Xocalı rayonundadır;
- Erməni əhalisinin reinteqrasiyasına qarşı ciddi “müqavimət” göstərən separatçılar Xocalıda sülhməramlıların qərargahı önündə aksiya keçirirlər;
- Bir qrup erməninin iştirakı ilə Bakının əhalinin təminatını həyata keçirmək təklifini bloklamaq məqsədilə Ağdam yolunda barrikadalar qurulub.
Separatçıların çıxardığı oyunların arxasında Rusiyanın dayandığı, sülhməramlıların bu prosesdə kurator rolunu oynadığı şübhəsizdir. Moskvanın sərgilədiyi mövqe də bunu deməyə əsas verir. Bu kontekstdə Əliyevin sülhməramlıların qərargahının olduğu Xocalıya səfərinin Rusiyaya torpağın gerçək sahibinin kim olduğunu nümayiş etdirmək baxımından mesaj xarakteri daşıdığını deyə bilərik. Bu, Ərdoğanın “sülhməramlılar 2025-ci ildə bölgədən çıxmalıdır” açıqlamasında Moskvanın reaksiyası fonunda da təsadüfi deyil. Əliyevin eyni mesajı erməni əhalisinin reinteqrasiyasının qarşısını alan separatçılara da ünvanlanıb.
Prezidentin səfər zamanı ərazini sadəcə gəzməsi və ətrafı seyr etməsi görüntülü mesaj idi.
Asif Nərimanlı
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar