Xəbər lenti
“Azərbaycan Xankəndidəki separatçılara öz gücünü göstərəcək” – Şərh
![](/uploads/posts/2023-07/1689692067_screenshot_20230718-184855_chrome.jpg)
Manevr.az xəbər verir ki, bunu teleqraf.com-a açıqlamasında politoloq Ramiz Alıyev bildirib.
![](https://teleqraf.com/storage/2023/04/05/ramiz-aliyev.jpg)
Politoloq bildirdi ki, Rusiya 10 noyabr üçtərəfli bəyanatında üzərinə götürdüyü öhdəliklərin bəzilərini hələ də yerinə yetirməməklə ədalətli tərəf imicini itirib: “Azərbaycan ərazisində qondarma rejimin “bayrağı” hələ də dalğalanırsa, bu ilk növbədə rus sülhməramlılarının vəzifələrinin öhdəsindən gəlmədiyini göstərir. Hesab edirəm ki, Qarabağda separatizmin qızışdırılmasında əsas məqsədlərdən biri 2025-ci ildə Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxmasının qarşısını almaqdır. Türkiyə Prezidenti Cənab Ərdoğan NATO sammitində jurnalistlərin qarşısında çıxış edərək rus sülhməramlılarının 2025-ci ildə Qarabağı tərk edəcəyini bildirdi. Deməli, həm Azərbaycan, həm qardaş Türkiyə, həm də NATO və Qərb dövlətləri rus hərbçilərinin Qarabağdan çıxmasının tərəfdarıdırlar. Rusiya prezidenti Vladimir Putin Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu deyirsə, Rusiyadakı bəzi dairələrin buna qarşı çıxması, Qarabağdakı separatçılara dəstək verilməsi heç cür başa düşülən deyil”.
R.Alıyev bildirib ki, Azərbaycan 10 noyabr razılaşmasına sadiqdir: “Amma bu o demək deyil ki, bizim səbrimiz tükənməzdir. Əgər Qarabağdakı separatçı rejimin dövlətçiliyimiz üçün təhlükəli davranışları davam edərsə və rus sülhməramlıları bunun qarşısını almazsa, o zaman güc strukturlarımız hərəkətə keçib təxribatçıları susdurmaq məcburiyyətinə qalacaq. Biz hələlik təkliflərlə çıxış edirik. Qarşıdakı zamanda təkliflər tələblərlə əvəz olunacaq və tələbləri yerinə yetirilməsə, konkret addımlar atmalı olacağıq”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
![](/uploads/posts/2017-12/1513590098_zehra-2.jpg)
![](/uploads/posts/2018-02/1519153962_15176299281096731184_1000x669.jpg)
![](/uploads/posts/2018-03/1520592290_631853_61520588488.jpg)
Son yüklənənlər
![](https://olke.az/file/articles/2025/02/08/1738997756_biznes_teyyaresi.jpg)
![](/uploads/posts/2025-02/images-1.jpg)
![](/uploads/posts/2025-02/images.jpg)
Axtarış
Reklam
![](/templates/yenimanev2/images/rek22.gif)
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar