Xəbər lenti
İranın prezidentliyə namizədləri kimlərdir?
May ayının 19-da İranda növbəti prezident seçkiləri keçiriləcək.
Manevr.az-ın məlumatına görə, 55 milyon seçicinin iştirak edəcəyi seçkilərdə 6 namizəd mübarizə aparacaq.
Həsən Ruhani, 68
Həsən Ruhani 2015-ci ildə ABŞ başda olmaqla dünya liderləri ilə İrana tətbiq olunan iqtisadi sanksiyaların aradan qaldırılması barədə müqavilənin imzalanmasına səbəb olmuş və ölkənin dünyadan təcridinə son qoymuşdu. Konservativ rəqibləri onu tənqid edərək ölkənin iqtisadi vəziyyəti və işsizlik məsələsinin daha vacib olduğunu qeyd etsələr də, Ruhani əsas namizəd hesab olunur.
İbrahim Raisi, 56
Ayətullah Xomeyninin davamçısı hesab olunan İbrahim Rəisi uzun illər məhkəmə sistemində çalışıb. İbrahim Raisi mühafizəkar mövqeyi və Həsən Ruhani əleyhinə çıxışları ilə diqqəti cəlb edir.
Eşaq Cahangiri, 60
Həsən Ruhaninin köməkçisi olan Eşaq Cahangiri seçki kampaniyasında konservativ rəqibləri ilə mübarizədə ona dəstək olmaq üçün namizədliyini irəli sürüb.
Məhəmməd Bağır Qalibaf, 55
Keçmiş Tehran meri və pilot olan Məhəmməd Bağır Qalibaf konservativ namizəddir. O, həmçinin İbrahim Raisini dəstəkləyir və Həsən Ruhani əleyhinə fikirlər səsləndirməklə yadda qalıb.
Mustafa Ağa Mirsəlim, 69
Mühəndis və keçmiş İslam mədəniyyəti naziri Mustafa Ağa mirsəlim 1980-ci illərdə Ayətullah Xomeyninin məslhətçisi kimi çalışıb. İslahatçı qəzetləri bağlamaqla və qərbin gənclərə təsirini tənqidi ilə yadda qalıb.
Mustafa Haşemi-Taba, 70
Keçmiş Bədən tərbiyyəsi təşkilatı və Olimpiya komitəsinin sədri olan Haşemi Məhəmməd Hatəminin davamçısı hesab olunur. Qeyd edək ki, Məhəmməd Hatəmi Əhmədinejaddan əvvəlki və İranın sonuncu islahatçı prezidentidir."Qaynarinfo"
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar