Xəbər lenti
Azərbaycanla heç kim hədə-qorxu dili ilə danışa bilməz - Deputat
"Torpaqlarımızın azad edilməsindən sonra qarşıya qoyulan əsas vəzifələrdən ən mühümü otuz il ərzində bur torpaqlarda tamamilə dağıdılmış infrastrukturu yenidən bərpa etmək, vətəndaşlarımızın təhlükəsiz şəraitdə öz yurd-yuvalarına dönmələrini təmin etmək idi".
Manevr.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib.
Deputat bildirib ki, cari ilin ilk altı ayında da əsas istiqamətimiz, Qarabağın və Şərqi Zəngəzurun bərpası, iqtisadi və sosial sahələrdə islahatların davam etdirilməsi idi.
"Sevindirici haldır ki, ilin sonuna qədər Laçın şəhərinin Zabux və Sus kəndlərinə də keçmiş məcburi köçkünlər qayıda biləcəklər. Qayıdış proqramı ardıcıllıqla aparılır. İlin sonuna qədər bizim artıq beş yaşayış məntəqəmizdə - bir şəhər və dörd kəndimizdə vətəndaşlar öz dədə-baba torpaqlarında tam məskunlaşacaqlar",- deyə deputat qeyd edib.
"İlin birinci yarısında əlavə gəlirlərin əldə edilməsi imkan verdi ki, təcili həllini gözləyən məsələlər daha tez zamanda öz həllini tapsın. Bütövlükdə əldə edilən 3 milyard manatdan çox vəsaitin 1,8 milyard manat hissəsi Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsinə, 1,1 milyard manat isə hərbi potensialımızın güclənməsinə yönləndirildi",- siyasətçi açıqlayıb.
M.Məmmədlinin sözlərinə görə, bundan sonrakı illərdə Silahlı Qüvvələrimizin modernləşdirilməsi, bu sahədə islahatların dərinləşdirilməsi, yeni silahlı birləşmələrin yaradılması və təkmilləşdirilməsi istiqamətində, o cümlədən ən müasir silahların, texnikaların alınması istiqamətində işlər plan üzrə gedir.
"Bütün dünya bilməlidir ki, Azərbaycanla heç kim hədə-qorxu dili ilə danışa bilməz. Bunu Azərbaycan xalqı, Azərbayan dövləti ikinci Qarabağ savaşında çox gözəl nümayiş etdirdi. Biz öz iradəmizlə, gücümüzlə tarixi torpaqlarımıza, mədəniyyətimizə, dəyərlərimizə sahib çıxa bilirik və çıxacayıq da",- deputat vurğulayıb
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar