Xəbər lenti
Azərbaycan-Albaniya münasibətləri: Enerji və digər sahələr üzrə inkişaf dinamikası

Bu gün Cənubi Qafqazın lideri ölkəsi olan Azərbaycanla bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə böyük maraq göstərən dövlətlərdən biri də Albaniyadır. Son illər bu iki ölkə arasında münasibətlər dinamik şəkildə inkişaf edir. Artıq münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə qədər yüksəlib. Bu baxımdan da Albaniya prezidenti Bayram Beqayın Azərbaycana rəsmi səfəri əlaqələrin bundan sonra daha intensiv şəkildə inkişafında mühüm təsirə malik olacaq.
Manevr.az bildirir ki, bunu Milli Məclisin deputat Aqil Məmmədov deyib.
O qeyd edib ki, Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Albaniya ilə əməkdaşlığın inkişafı Azərbaycan üçün vacib əhəmiyyət daşıyır: “Bu həmçinin rəsmi Bakının xarici siyasət kursunun mühüm istiqamətlərindən biri hesab edilir. Məhz ölkəmizə səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Albaniya Prezidenti Bayram Beqayın təkbətək və geniş tərkibli görüşündə əlaqələrin uğurlu inkişafından bəhs edilib. Bu müstəvidə gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub”.

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar