Sizin Reklam Burada
Xəbər lenti
22-12-2024
21-12-2024
BÜTÜN XƏBƏRLƏR

Arakelyan: Tehran anklavları Bakıya qaytarmağa imkan vermir

Tarix: 08-07-2023 15:12     Baxış: 3268 A- / A+



Azərbaycanın ərazi bütövlüyü həm də anklavlar deməkdir: iki belə anklav bizim iki beynəlxalq magistral yolumuzun üzərində yerləşir.
Manevr.az Musavat.com-a istinadən xəbər verir ki, bu fikir erməni iranşünas Arut Arakelyan tərəfindən yerli mətbuata müsahibəsində səslənib.
“Ermənistanın müstəqilliyinin ilk günlərində Kərki ələ keçirildi. Bunun sayəsində bizim Sünik və Qarabağa yolumuz açıldı. Həmin yolla hərbi texnikaların daşınması həyata keçirilib. Bir anlıq təsəvvür etsək ki, Kərki artıq Azərbaycan magistralıdır, o zaman İranın Avropaya yük daşımağa ümid etdiyi marşrutu olmayacaq. İran indi 250 milyard dollarlıq ticarət həcmindən danışır. Bu, orta hesabla bir milyon konteynerdir. Tatev yolu ilə bu hara getməlidir? Mən bunu “media orqazmı” adlandırdım, çünki insanlara baş verənlərə baxmağı tövsiyə edirlər, amma onların gözləri altında başqa bir şey baş verir”, - deyə Arakelyan bildirib.
Erməni ekspertin sözlərinə görə, İran anklavların Azərbaycana verilməsində böyük problem görür:
“Bir neçə ay əvvəl Azərbaycanda fəaliyyət göstərən iranlı qrup bir bəyanat verdi. Mən hələ o zaman yazdım ki, bu, Ermənistana xəbərdarlıqdır. İranlıların fikrincə, hüquqi qərarlar olsa belə, ərazilərinizin bəzi hissələrini Azərbaycana verməməlisiniz”.
Arakelyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İranın Zəngəzur dəhlizinə maneə olması ilə bağlı bəyanatına da toxunub. Onun bildirdiyinə görə, əslində, Ermənistanın bu gün də həmin dəhzlizə “yox” deməyə resursları yoxdur.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar