Sizin Reklam Burada
Xəbər lenti
23-12-2024
22-12-2024
BÜTÜN XƏBƏRLƏR

Sülhməramlılar Ordumuzun vura biləcəyi düşərgəyə girdi: nələr baş verir? – VİDEO

Tarix: 07-07-2023 15:37     Baxış: 3206 A- / A+

Rusiya sülhməramlılarının Azərbaycan torpaqlarında – müvəqqəti məsuliyyət zonalarındakı – fəaliyyəti bir müddət sonra üçüncü ilini tamamlayacaq.

Geridə qalan bu müddət ərzində sülhməramlıların öz missiyaları ilə uzlaşmayan, hətta çox zaman tamamilə zidd fəaliyyətlərinin şahidi olmuşuq. Bununla bağlı o qədər nümunələr var ki, bəzən bütün bunların cəmi üç ildən də az bir dövrdə yaşandığına inanmaq olmur.

İçki düşkünü olan bir sülhməramlının ermənilərin sağlığına badə qaldırması ilə başlayan, ermənilərin yolunda hər cür nökərlik etmək üçün canfəşanlıqdan tutmuş, silahlı separatçıları müşayiətə qədər onlarla sülhməramlı adına yaraşmayan, hərbçi adını ayaqlar altına alan halların şahidi olmuşuq.

Təbii ki, sülhməramlıların yaratdıqları bu “portfolio” onların hər ötən gün bizi təəccübləndirə biləcəyinə zəmanət verir. Vaxtaşırı separatçıları müşayiəti ilə gündəmə gələn sülhməramlılar indi də Qarabağda – əbədi və əzəli Azərbaycan torpaqlarında – təlim keçiriblər.

Dünya siyasətinin, ayrı-ayrı qlobal güclərin, dövlətlərin və hakimiyyətlərin ikiüzlü yanaşmasını uzun illər görmüş və təcrübə etmiş bir dövlət, bir xalq olaraq biz sülhməramlıların hərbi kontingent kimi hansısa təlimlər keçirməsində qeyri-adi bir vəziyyət olmadığını söyləyə bilərik. Ancaq hansı halda?

O halda ki – bu təlimlər beynəlxalq hüquq və prinsiplərə söykənsin, sülhməramlı missiya tabe olduğu qanunları, hansı ölkənin ərazisində olduğunu və hansı missiyaya xidmət etdiyini dərk etsin.

Əks təqdirdə ortaya çıxan mənzərənin arxasında dayanan məkrli oyunları, çirkin niyyətləri və iyrənc xislətləri ayırd edə biləcək qədər də siyasətin hər üzünü görmüş bir xalqıq…

Rusiyalı sülhməramlı xidmət apardığı ərazidə – beynəlxalq hüquq baxımından Azərbaycan Respublikasının suveren ərazisində – təlim keçirir və yayılan kadrlarda onun başının üzərində erməni dilində yazılar əks olunmuş lövhə asılır. Əgər Rusiyanın dövlət dili bu yazı ərsəyə gələn müddətdə dəyişdirilib erməni dilinə çevrilməyibsə, bu mənzərə birbaşa olaraq Rusiya sülhməramlılarının məsuliyyət zonasında yaşanmış qalmaqalı, qanun pozuntusunu və riyakar bir əməkdaşlığı sübuta yetirir.

Sual yaranır… Rusiya sülhməramlıları nəyə görə qanunsuz erməni silahlı birləşmələrinin terror fəaliyyətləri məqsədi ilə yaratdıqları qanunsuz “hərbi mövqe”lərdə təlimlər keçirirlər? Azərbaycan xalqının öz doğma torpaqlarını qoruyan qəhrəman övladlarına silah tuşlayan terrorçuların yaratdıqları “hərbi mövqe”lər, “hərbi baza” və ya adını nə qoyuruqsa, qoyaq… Sülhməramlıların separatçı-terrorçularla bu əməkdaşlıqda məqsədi nədir? Qanunsuz silahlı birləşmələrin terror fəaliyyətləri üçün təlim meydançası kimi istifadə etdikləri Azərbaycan Ordusunun legitim hədəfləri sırasında yer alan “baza” sülhməramlının ayaqları altında qanuni məkana çevrilir? Əsla…
Yeri gəlmişkən, Rusiya sülhməramlıları artıq növbəti dəfə erməni terrorçular üçün özlərini canlı qalxana çevirirlər. Arxasında üç-beş sınıq-salxaq erməni texnikası ilə Qarabağın yollarında irəliləyən sülhməramlı texnikası kimi, terror düşərgələrində təlim keçirən sülhməramlılar da özbaşınalıq və qanunsuzluqla məşğuldurlar.
Təbii ki, legitim hədəflərin yanında var-gəl etmək region üçün potensial təhlükəyə də çevrilə bilər. Çünki Azərbaycan dövləti öz ərazisində hansısa terrorçunu, onların düşərgələrini məhv etmək iqtidarındadır və 44 günlük müharibədən sonra da buna şahid olmuşuq. Bu hədəflər beynəlxalq hüquq baxımından Azərbaycan Ordusu üçün tamamilə legitim hədəflərdir və potensial terror təhdidini aradan qaldırmağa hesablanmış əməliyyatla bağlı dünyanın heç bir yerində, heç kim bizə irad tuta bilməz.
Belə olan halda məqsədi regionda sülhə töhfə vermək olar bir qrup terror düşərgəsində, Azərbaycan Ordusunun istənilən zərbəni endirə biləcəyi legitim bir hədəfin ortasında nə ilə məşğuldur? Terrora endirilən zərbə sülhməramlı formasını separatçı-terrorçu formasında necə və niyə ayırd etməlidir? Axı sülhməramlılar terrorçulara deyil, sülhə sipər olmalı idilər…
İndi təsəvvür edin ki, yuxarıda qeyd edilən hadisələrdən biri gerçəkləşir. Terror hədəfi, terrorçu, tamamilə haqlı olaraq təhdidi aradan qaldırmağa çalışan şərəfli bir ordu və hədəfin düz ortasında heç bir məntiqli səbəb olmadan var-gəl edən sülhməramlı… Bunun adı xaosdur. Bu, erməni riyakarlığının əlində oyuncağa çevrilmiş sülhməramlıların düçar olduğu xaos, qanunsuz əməllərin doğurduğu acınacaqlı mənzərə, öz amalına, peşəsinə, dövlətinə, regiona, beynəlxalq hüquqa, dünya nizamına xəyanətdir!
Rusiya sülhməramlıları, onsuz da, mütəmadi surətdə qalmaqalın ortasında qalırlar. Ancaq bu dəfə təkcə qanunsuzluqla qalmırlar, eyni zamanda, heç bir məntiqlə izah oluna bilməyəcək mənzərə yaradırlar. Kadrları sülhməramlıların özlərinin yaydığını nəzərə alsaq, onların bu axmaq fəaliyyətin nəticələrindən bixəbər olduqları görünür. Dediyimiz kimi, ya bixəbərdirlər, ya da heç nəyə baxmayaraq bu kadrları yayacaq qədər erməni riyakarlığına bürünüblər. Yanlarına bağlandıqları ilə həmxasiyyət olmağa başlayıblar. Bunun özü də yenə onların günahıdır. Çünki onları terrorçuların yanına bağlayan yoxdur, onların fəaliyyəti və məqsədi sülhə töhfə olmalıdır. Ancaq deyəsən, qanunsuz fəaliyyətlər, ermənilərlə badə qaldırmaq, kriminal fəaliyyətlərdən gəlir əldə etmək onlar üçün daha cəlbedici görünür. Çünki sülhməramlı olduğunu yalnız geyimləri təsdiqləyən bu kontingentin utanmazlığının hədd-hüdudunun olmamasını başqa cür izah etmək olmur.
Ancaq onlara xatırlatmaq da gərəkdir ki, bu torpaqlarda müvəqqətidirlər. Azərbaycan dövləti və xalqı tərəfindən öz torpaqlarındakı bütün fəaliyyətlər diqqətlə izlənilir. Sülhməramlılar bir gün gəldikləri kimi də çıxıb gedəcəklər. Bəlkə, gedib haradasa Qarabağda xidmət apardıqları üçün qürrələnəcəklər də… Ancaq bir şeyi bilməyəcəklər ki, sülhməramlı gəldikləri kimi sülhməramlı getmək yolunda irəliləmirlər. Çünki erməni riyakarlığına bürünüb, onların yanında dayanıb “sülh” sözünün işləndiyi bir cümlədə yer almaq belə, möcüzə kimi bir şeydir.Globalinfo.az

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar