Xəbər lenti
Arayik qorxu içində Putinə yalvarır - Bakı isə silaha əl atır
İddialara görə, Arayik Putinə məktubunda Qarabağdakı Rusiya sülhməramlılarının fəaliyyətinə toxunub və missiyanın davam etdirilib-etdirilməyəcəyi sual olunub.
Eyni zamanda bildirilib ki, sülhməramlılar Qarabağda vəziyyəti nəzarətdə saxlamaq və Laçın-Xankəndi yolunu açmaq niyyətində deyillərsə, qondarma rejimə ətraflı məlumat verilməlidir. Bundan başqa, Arayik Arutyunyan həddini aşaraq, “səbr kasaları”nın dolduğunu qeyd edib və yeni təxribatların anonsunu verib.
Maraqlıdır, Arayik Putinə niyə yalvarır və Moskvadan nə istəyir?
Mövzunu Modern.az-a şərh edən Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin eksperti Fuad Çıraqov bildirib ki, separatçılar üçün zaman daralır.
“Mən belə hesab edirəm ki, mayın 28-də Azərbaycan Prezidentinin Laçındakı çıxışından sonra Qarabağdakı ermənilərə iki seçim yolu qoyulub. Bunlardan birincisi qondarma qurumlarını ləğv edərək, Azərbaycana təslim olmaq və amnistiya ilə bağlı müraciətdir. İkincisi isə odur ki, separatçılar Azərbaycanın təklifini qəbul etməsə, ölkəmiz birtərəfli olaraq bu məsələni öz gücü ilə həll edəcək”, - deyə o bildirib.
F.Çıraqov vurğulayıb ki, ermənilər zorla da olsa Azərbaycanın istəklərini yerinə yetirməlidir, çünki başqa yolu yoxdur.
“Ermənilər son zamanlar təxribatlarını intensivləşdiriblər. Onlar anlayırlar ki, zaman daralır, yəni vaxtları bitmək üzrədir. Ermənilər seçim etməlidirlər. Hesab edirəm ki, baş verənlər separatçıların son çırpınışlarıdır. Bunu bildikləri üçün gah Putinə, gah da dünya ictimaiyyətinə müraciət edərək, Azərbaycanı ittiham etmək istəyirlər. Ancaq istəkləri heç kim tərəfindən qəbul edilmir. Separatçılar ya xoşluqla, ya da zorla istəklərimizi yerinə yetirəcəklər”.
Politoloq Fikrət Sadıqovun fikrincə, separatçılar artıq başa düşürlər ki, onlar gec-tez silahı yerə qoyaraq, təslim olmalıdırlar. Ancaq buna qarşı addımlar atmaq istəyirlər.
"Ona görə də gah Putinə yazırlar, gah da beynəlxalq təşkilatlara müraciət edirlər. Lakin hamı yaxşı dərk edir ki, burada Azərbaycan torpağı və orada olan silahlı dəstələrdən söhbət gedir. Onlar göstərmək istəyirlər ki, guya separatçılar erməniləri müdafiə etmək üçün orada dayanıb. Azərbaycan heç vaxt dinc əhaliyə qarşı aqressiv addım atmayıb. Dinc sakinlərə qarşı heç vaxt əməliyyat aparmamışıq”, - politoloq qeyd edib.
F.Sadıqovun sözlərinə görə, separatçıları torpaqlarımızdan rədd etmək Azərbaycan Ordusu üçün çox asan işdir:
“Qəribədir ki, separatçılar özlərini “özünümüdafiə ordusu” kimi təqdim edirlər. Azərbaycan üçün bu dəstələri tərksilah edib, torpaqlarımızdan rədd etmək çox asan bir məsələdir. Onlar bu məsələ ətrafında yaxşı düşünməlidirlər. Azərbaycan istəmir ki, qan tökülsün, məhz buna görə də səbr edir. Ermənilər isə təşvişə düşüb və ona görə də müəyyən insanlara məktublar göndərirlər. Əlbəttə, separatçıların son çırpınışları onlara fayda verməyəcək. Belə bir addımın qarşılığında yalnız ağır cavab ala bilərlər. Əgər onlar Azərbaycanın təklifini qəbul etməsələr, antiterror əməliyyatı başlayacaq. Separatçılar bunu bildiklərindən təşvişə düşüb, yardım istəyirlər. Lakin əbəs yerə özlərini yorurlar. Azərbaycan istəyinə nail olacaq”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar