Xəbər lenti
Putini Dağıstana gətirən səbəb – Rusiya lideri nədən narahatdır?
Rusiya Prezidenti Vladimir Putin gözlənilmədən Dağıstana səfər edib. Səfər çərçivəsində yerli sakinlərlə bir araya gəlsə də, bəzi ekspertlər onun Dağıstana səfərini muxtar respublikadakı problemlərlə əlaqələndirirlər.
Belə ki, Dağıstanda ötən ilin sentyabrında Putinin elan etdiyi səfərbərliyə qarşı kütləvi etirazlar başlayıb. Etirazların tədricən qarşıdurmaya çevrilməməsi üçün Kreml ora Milli Qvardiyanın əlavə hissələrini göndərməli oldu.
İlyas Hüseynov
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov deyib ki, Rusiyanın bəzi federal subyektlərində mərkəzi hakimiyyətə qarşı münasibətlər heç də hər zaman birmənalı deyil:
“Misal üçün Çeçenistan, Tatarıstan, Başqırdıstan, Dağıstan bu federal subyektlərdən hesab edilir. Bu subyektlər vaxtaşırı mərkəzi hakimiyyətlə narazılıq yaşayır və müstəqillik arzulayır.
Rusiya-Ukrayna müharibəsi fonunda bu müstəqillik tələbləri daha da artıb. Xüsusilə ötən ilin sentyabrında Putinin elan etdiyi səfərbərliyə qarşı Dağıstanda kütləvi etirazlar başladı. Proses bu gün də davam edir.
“Vaqner”in rəhbəri Yevqeni Priqojinin uğursuz qiyamı fonunda həmin subyektlərdə də fəallıq yaşandı.
Putinin məhz indi Dağıstana səfər etməsi vəziyyətin nə dərəcədə ciddi olduğunu göstərir. Xüsusilə o, yerli əhali ilə bir araya gələrək müharibə kontekstində vəhdət, birlik nümayiş etdirməyə çalışır”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar