Xəbər lenti
Gizlin yol: Xocalı aeroportundan ermənilər necə daşınır? - Şok faktlar
.jpg)
Manevr.az xəbər verir ki, bunu teleqraf.com-a Milli Məclisin deputatı Elman Məmmədov deyib.
O qeyd edib ki, bütün bunlara birdəfəlik son qoymaq üçün Ermənistana məxsus silahlı qüvvələr və separatçı rejimin tör-töküntüləri ərazidən dərhal çıxarılmalıdır:
“Burada terrorçulara yaşıl işıq yandıran rus sülhməramlıları ilə bağlı da konkret addım atılmalıdır. Bu qüvvələrin Azərbaycan ərazisində olduğu müddətdə burada sabitlikdən söhbət gedə bilməz”.

“Həmçinin Rusiya ABŞ-ın və Avropa İttifaqının vasitəçiliyi ilə aparılan danışıqların müsbət nəticə verməsinə imkan yaratmayacaq. Moskva hər vəchlə bunun qarşısını alacaq. Çünki bölgədə münaqişə ocağının olması Rusiya üçün lazımdır”.
Elman Məmmədov bildirib ki, hazırda Xocalıda olan aeroportdan rus sülhməramlıları ermənilərin Qarabağa və Ermənistana daşınmasını təmin edir:
“Eyni zamanda rus sülhməramlıları öz hərbi imkanları ilə separatçıllara maksimum dəstək verir. Fakt odur ki, bu gün Rusiya separatçıların mövcudluğu üçün hər şeyi edir. Avropanın da yanaşması bu məsələdə konkret nəticə əldə etməyə imkan vermir. Onlar da sadəcə olaraq Ermənistana vaxt qazandırmaqla məşğuldur”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar