"Azərbaycan-Ermənistan arasında son 2 ildə sülh konturları cızılanda, sazişi razılaşdırmaq ərəfəsində bu cür təxribatlar baş verir. Bu gözlənilən idi, çünki bu iki ölkənin münasibətlərinin normallaşmasını nə şimal qonşumuz, nə də cənub qonşumuz istəyir. Bununla yanaşı hazırki vəziyyətdən ABŞ da öz maraqları üçün yararlanır. Ona görə ki, Rusiyada baş verən prosseslər həm Rusiya-Ukrayna müharibəsini, həm də Rusiyanın dünyada mövqeyinin zəifləməsi ABŞ-ı bu vəziyyətdən yararlanmağa sövq edir. Bu səbəbdən də Vaşinqton platforması gündəmə gətirildi".
O qeyd edib ki, Vaşinqton platforması Azərbaycanın maraqlarına uyğundur. Sülh məsələsinin Brüsseldə, yaxud Moskvada həyata keçəcəyi əhəmiyyət kəsb etmir:
"Vaşinqtonda olması o səbəbdən yaxşıdır ki, davamlı və dayanıqlı olacaq. Bütün hallarda hələ də ABŞ dünyanın siyasi jandarmı statusundadır. Ona görə də ABŞ burada bağlanacaq sazişi öz maraqları naminə müdafiə edəcək. Ermənilərin növbəti təxribatı bu prossesin əleyhinədir. Araik Araturyan bəyanatla çıxış edib ki, "oradakı danışıqlar dayandırılmalıdır. Mirzayan bu görüşdən çəkinməlidir. Azərbaycan və Ermənistan heçvaxt bir araya gələ bilməz", başqa bir "siyasi" isə qeyd edir ki, ermənilər heç zaman Azərbaycanın tərkibində olmamayacaq və s. belə sayaqlamalar daima mövcud olub və olacaq".
C.Nuriyev ardınca vurğulayıb ki, lakin artıq həm ermənilər həm də onları dəstəkləyənlər anlasın ki, nə Azərbaycan o Azərbaycandır, nə də zaman o zaman:
"Artıq "Böyük Ermənistan"ın qatarını Azəbaycan qəzaya uğratdı. 44 gün ərzində o qatar darmadağın oldu. Bu ideyadan əl çəkməlidirlər. Onlar bir şeyi başa düşməlidirlər ki, bizim Ağdamda bir əsgərimizi yaraladılar, amma Azərbaycan Ordusu əvəzində ermənilərin etiraf etdiyinə görə, 5 nəfərdən qisasını alıb. Onlardan ikisi orduya məxsusdur. Paşinyan dəfələrlə elan etmişdi ki, bu ərazidə heç bir erməni əsgəri, ordusu yoxdur. Bu isə o deməkdir ki, bunlar 2020-ci il sazişinin bəndlərinə əməl etmirlər. Silahlı qüvvələri oradan çıxarmayıblar. Əlbəttə, Ordumuz yenə öz işini görüb. Bu heç də təsadüfi deyil. Ermənilər görməlidirlər ki, hər bir yaralımıza qarşı 5, yaxud da daha çox erməni məhv ediləcək. Azərbaycan bütün tədbirləri həyata keçirir. Yeganə gözlənilən tədbir isə anti-terror əməliyyatıdır. Azərbaycan isə buna həm hüquqi baza kimi, həm də hərbi baza kimi hazırdır. Rus sülhməramlıları müvəqqəti olaraq ərazilərimizdədir. Və bizim onlarla qarşı-qarşıya gəlməyimizə ehtiyac yoxdur. Çünki Rusiya həm "Vaqner"in, həm də Ukraynanın qisasını almağa hədəf axtarır. Bu hədəf isə biz olmamalıyıq", - deyə politoloq yekunlaşdırıb.