Sizin Reklam Burada
Xəbər lenti
14-10-2025
13-10-2025
BÜTÜN XƏBƏRLƏR

Türk general Laçındakı təxribatlara toxundu: Qana-qan, qisasa-qisasla cavab verilməlidir

Tarix: 28-06-2023 18:28     Baxış: 3272 A- / A+


"Barış əli uzadana barış əli, mərmi atana, silah-sursatdan istifadə edənə qarşı isə anti-terror əməliyyatı, qana-qan, qisasa-qisasla cavab verilməlidir. Azərbaycan ordusu da ona qarşı təxribat törədənlərə anti-terror əməliyyatları həyata keçirməkdədir. Bir qarış torpağını, əsgərinin bir damla qanını hədəf alanlara qarşı tədbirlər görülməlidir. Əlbəttə bunun Vaşinqton görüşü ərəfəsində baş verməsinin səbəbi Azərbaycanı psixoloji olaraq, beynəlxalq müstəvidə çətin vəziyyətə salmaqdan ibarətdir. Məlumdur ki, bu, danışıqları pozmaq cəhdinə əsaslanır".
Manevr.az xəbər verir ki, bu sözləri publika.az-a açıqlaması zamanı türk general Yücel Karauz deyib.

O, qeyd edib ki, Ermənistan üçtərəfli bəyanatdakı öhdəliklərin heç birini yerinə yetirmir: "Azərbaycan beynəlxalq hüququn ona tanıdığı bütün imkanlardan diplomatiya meydanında istifadə etməli, əsgərinə, torpağına və bayrağına qarşı edilən hücumlara qarşı qarşılıq verməlidir. Bunun başqa üsulu yoxdur. Ermənilər ənənəvi olaraq təxribat törədilər. Onların sözlə anlamırlar. Ona görə də, anladıqları dillə yəni silah diliylə danışmaq lazımdır. Azərbaycanın daha səbri tükənib. Zəngəzur dəhlizinin açılması baş tutmadığı təqdirdə səbr tükənəcək. Erməni terror qruplarının hərbi müdaxilələrinə son qoyulmadığı müddətcə, sülhün gerçəkləşməsi mümkün deyil", - deyə general yekunlaşdırıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar