Sizin Reklam Burada
Xəbər lenti
08-02-2025
07-02-2025
BÜTÜN XƏBƏRLƏR

Erməni spikerdən sensasion bəyanat: “Aparılan danışıqlar mənasızdır”

Tarix: 26-06-2023 17:38     Baxış: 3247 A- / A+

Bu bəyanat məhz Azərbaycana ziyan vurur, çünki mövcud reallıqları nəzərə alaraq onilliklər ərzində münaqişəyə səbəb olan məsələni həll etməyiblər. 
Manevr.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri bu gün Ermənistan parlamentinin sədri Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovun Qarabağ ermənilərinə əlavə heç bir təhlükəsizlik təminatı verilməyəcəyi, yalnız öz dillərində danışa biləcəkləri haqda açıqlamasını şərh edərkən deyib. 
“Bu, reallıqdan qaçmaqdır, bu, məsələnin həlli olmayacaq və bu məsələlərin müzakirə olunmaması onlar üçün sərfəli deyil. Əminəm ki, onlar nə vaxtsa buna da gələcəklər. İndi də hesab edirəm ki, bu, danışıqlardan əvvəl və danışıqların ilkin mərhələsi kimi “yüksək standart”ın müəyyən edilməsi üçün edilir”, - o bildirib. 
Alen Simonyan deyib ki, bizim üçün ermənilərin hüquqlarının müdafiəsi ən vacib məsələdir: 
“Bu məsələni sadəcə unutmaq olmaz, bu, özünü aldatmaqdır. Əgər Azərbaycan özünü aldatmağa hazırdırsa, Ermənistan buna hazır deyil, biz bəyanatlarımızda ardıcıl olacağıq. 
Bu hissənin sülh müqaviləsinə daxil edilib-edilməyəcəyini və ya ayrıca sənəd olacağını bilmirəm, çünki konkret təminatlar lazımdır. 9 (10) noyabr bəyanatının şərtlərinə əməl olunmadığı təcrübəsi var. Əgər bu məsələ müzakirə olunmayıbsa, bu məsələnin həlli tapılmasa, deməli, bu danışıqların böyük hissəsi mənasızdır”. 

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar