Xəbər lenti
Azərbaycanda ilk dəfə İnsan Resursları Zirvəsi keçirilib -Şəkillər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə “Gülüstan” sarayında ölkəmizdə ilk dəfə olaraq İnsan Resursları Zirvəsi keçirilib.
Manevr.az xəbər verir ki, deputat Müşfiq Məmmədlinin də qatıldığı tədbirdə İnsan resursları sahəsi üzrə mütəxəssislər bir araya gəliblər. “Gələcəyə qayıdış” devizi ilə keçirilən tədbirin məqsədi insan kapitalına əsaslanan gələcəyə hazırlıqlı cəmiyyətin formalaşmasına zəmin yaratmaq, bu istiqamətdə peşəkarlarla müzakirələr aparmaq idi.
İki gün davam edən Zirvə çərçivəsində çıxışlar, panel müzakirələr və vorkşoplar təşkil olunub. Tədbirin birinci günü “Yerin dərinliyindən beyin dərinliyinə köç. Neft kapitalından insan kapitalına keçiddə dövlətin rolu”, “Köçü qarşıla. Dövlət və özəl müəssisələrdə insan resursları idarəçiliyi”, ikinci gün isə “Yeni səhifəyə keç. Rəqəmsal transformasiya və insan resursları”, “Məşğul insan. Strateji insan resursları idarəetməsi” mövzuları ətrafında yerli və xarici ekspertlərin iştirakı ilə panel müzakirələr aparılıb.
Tədbirdə dövlət və özəl sektor nümayəndələri, Milli Məclisin deputatları, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndələri, insan resursları üzrə mütəxəssislər və digər qonaqlar iştirak edir.
Manevr.az



Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar